Qazaxıstanda mədəndəki partlayışda ölənlərin sayı 21 nəfərə çatıb
Gündəm

Qazaxıstanda mədəndəki partlayışda ölənlərin sayı 21 nəfərə çatıb

Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib. Daha 26 şaxtaçını isə hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.

"Respublika" Qazaxıstan mediasına istinadən xəbər verir ki, hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.