Qarşılıqlı etimad və strateji tərəfdaşlıq
Siyasət

Qarşılıqlı etimad və strateji tərəfdaşlıq

Azərbaycan-Qazaxıstan qardaşlığı öz köklərini türk xalqlarının mənşəyindən götürür. Azərbaycan Qazaxıstanın Türkiyə Avropaya çıxış üçün körpü, Qazaxıstan isə Azərbaycana Mərkəzi Asiyaya Çinə keçidin təmin olunmasında mühüm rol oynayır. İki ölkə həm ikitərəfli, həm müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan qazax xalqları türkdilli xalq olmaqla etnik dini mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Qazaxıstanda ulu öndər Heydər Əliyevin həyat yaradıcılığına həsr olunmuş sənədli film çəkilib. Bu, qazax xalqının ümummilli liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında ümummilli liderin xidmətlərindən bəhs edilir.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Ölkələr həmçinin Xəzərin hüquqi statusu ilə bağlı da razılığa gəliblər. Hər iki ölkə qitələr arasında əlverişli geosiyasi mövqedən istifadə edərək Şərq-Qərb nəqliyyat enerji dəhlizinin inkişaf etdirilməsində maraqlıdır.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993- ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004- ilin martında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana növbəti səfəri 2022-ci il oktyabrın 13-14- olub dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. 2005-ci il mayın 25- Qazaxıstan Prezidenti N.Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır. Ötən il avqustun 24- isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif olunub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır: "Bu gün Qazaxıstan Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır". Bu il aprelin 7- Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini - ticarət inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli ticarət dövriyyəsinin artım tempi müsbət qiymətləndirilib. Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq mövcuddur. 2022-2023 tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya Mühəndislik Universitetində "