Ölkəmizdə dini abidələrə, dini-mənəvi dəyərlərimizə qarşı dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Azərbaycan multikultural və tolerant ölkə olaraq hər zaman tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlamışdır.
Azərbaycanda olan bütün dini abidələr tariximizin bir hissəsidir. Əlbəttə ki, özündə böyük bir tarixi yaşadan bu abidələri qoruyub saxlamalı, gələcək nəsillərə miras kimi ötürməliyik. Respublikamızda olan bütün dinlərin məbədləri yüksək səviyyədə mühafizə olunur. Kilsələr, sinaqoqlara qarşı xüsusi diqqət göstərilir. Hətta Bakının mərkəzində yerləşən erməni kilsəsi belə bu günədək qorunub saxlanılıb.
Təəssüflər olsun ki, Ermənistanın 30 illik işğalı dövründə Qarabağ bölgəmizdə olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədilib. Bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Qarabağ ərazisində olan 67 məsciddən 63-nü ermənilər yerlə-yeksan ediblər. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışıblar. Torpaqlarımız işğaldan azad edildikdən sonra bölgənin yenidən tikilib-qurulması istiqamətində vacib sahələrdən biri də dini abidələrimizin tikinti-bərpa işləridir. Artıq üç ilə yaxındır ki, Qarabağ ərazisində böyük tikinti-quruculuq işləri aparılır. Kəndlər, şəhərlər yenidən salınır. Bütün lazımi infrastrukturlar qurulur. İnsanlar öz yurd-yuvalarına qayıdırlar.
İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verilir. Heydər Əliyev Fondu dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynayır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk günlərdən azad Qarabağda məscidlərimizi ziyarət etmişlər. Ermənilərin dağıtdığı ziyarətgahlarımızın, qəbirüstü abidələrimizin bərpası üçün tapşırıqlar vermişlər. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağda azərbaycanlılar öz doğmalarının dağılmış qəbirlərini ziyarət edə bildilər. İyirmi yeddi ildən sonra Ağdam Cümə məscidində yenidən azan səsləndi. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məscidi ziyarət edərək dövlət başçısının Məkkədən gətirdiyi müqəddəs Qurani-Kərimi məscidə hədiyyə etdilər.
Qubadlı rayonunun Məmər kəndində XVIII əsrdə inşa edilmiş məscid ermənilər tərəfindən tamamilə dağıdılıb. Həmçinin rayonun Dondarlı, Dəmirçilər kəndlərində olan məscidlərimiz də məhv edilib. Dağılmış Zəngilan məscidində isə erməni vandalları donuz saxlayıblar. Bu, Ermənistan tərəfindən Azərbaycana və onun müqəddəs dini abidələrinə qarşı hörmətsizlikdir. Görünür, vəhşi erməni tör-töküntüləri üçün müqəddəs heç bir dəyər yoxdur. Onları yalnız bir şey maraqlandırıb. Özlərinin olmayan nələrəsə sahiblənmək. İndi həmin məscid də yenidən qurulur. Təmir-bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Onu da qeyd edək ki, erməni vandalları Qarabağda təkcə məscidlərə deyil, həm də xristian dini ziyarətgahlarına qarşı da vəhşilik ediblər. Məsələn, 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav kilsəsini belə dağıtmışlar. Rayonunun Tuğ kəndində yerləşən İohann kilsəsində də ermənilər saxtakarlıqla bəzi dəyişikliklərə cəhd ediblər. Eyni zamanda Laçın rayonunda yerləşən Alban (Qafqaz) Apostol Müstəqil kilsəsində də alçaq niyyətlərini həyata keçiriblər. Azərbaycan dövləti bütün dinlərə hörmətlə yanaşdığı kimi, onun dini abidələrinə də diqqət göstərir. İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə dini abidələrimiz tikilib yenidən qurulur. Tuğ kəndindəki qədim Alban məbədi, Laçın rayonundakı "Ağoğlan" monastrı da, Azərbaycan hökuməti tərəfindən bərpa edilərək öz sahiblərinin ixtiyarına verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdiyi bir çox beynəlxalq tədbirlərdə və görüşlərdə dəfələrlə bildirib ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə bizləri