Prokurorluq 90 cinayət işini məhkəməyə göndərib
Digər xəbərlər

Prokurorluq 90 cinayət işini məhkəməyə göndərib

16 iyun Baş Prokurorluqdan xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 90-dır. Belə ki, 2023-cü ilin may ayı ərzində prokurorluq orqanlarında istintaq olunan 90 cinayət işi məhkəməyə göndərilib.

 “Respublika”.