Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər
İdman

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər

Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir.

Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.

Aprelin 28- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, türkiyəli idmançıları salamlayan Prezident İlham Əliyev dedi:

Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq.

Sizin qələbənizin xüsusi önəmi var. Siz gənc idmançılarsınız, sizin həyatınızda hələ neçə-neçə qələbələr olacaq, amma bu qələbənin özəlliyi var. Çünki Azərbaycana qarşı, bizim milli rəmz olan Bayrağımıza qarşı hörmətsizlik olunan zaman siz ədaləti bərpa etmisiniz. Türk Bayrağının orada qaldırılması ədaləti bərpa etmək idi. Türkiyə dövlətinin Milli Marşının səsləndirilməsi bütün orada oturanları ayağa qaldırdı. Bizim Bayrağımızı yandırdılar, amma bizim üçün öz Bayrağımız qədər əziz olan Türk Bayrağı orada dalğalandı. Bunu da siz etmisiniz, gözəl gənclər, qardaş ölkənin nümayəndələri.

Bildiyiniz kimi, Mehriban xanım mən sizi məktubla təbrik etdik, Azərbaycana dəvət etdik. Şadam ki, siz bizim dəvətimizi qəbul edib Azərbaycana, öz doğma Vətəninizə gəlmisiniz sizin bu gəlişiniz bir daha bizim birliyimizi göstərir.

Bayraq yandırmaq heç kimə şərəf gətirmir. Bu gün bizim bayraqlarımız, iki qardaş ölkənin bayraqları - Türkiyə, Azərbaycan bayraqları Ağrı dağda, Murov dağında, Zəngəzur dağlarında, Şuşada bir yerdə dalğalanır əbədi dalğalanacaq, hər zaman bir yerdə.

Sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirdiyiniz üçün mən sizi Azərbaycan dövlətinin yüksək nişanı olan "Tərəqqi" medalı ilə təltif edirəm indi bu medalı sizə təqdim etmək istəyirəm.***

Sonra türkiyəli idmançılar Cansu Bektaş, Qamze Altun Nuray Güngörün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycan Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr etdiklərinə görə "Tərəqqi" medalı ilə təltif edilmələri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu.

Prezident İlham Əliyev medalları türkiyəli idmançılara təqdim etdi.

Daha sonra xatirə şəkli çəkdirildi.

***

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü: Bizim hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm.

Prezident İlham Əliyev: Çox təşəkkür edirəm, çox sağ olun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Talat Ünlü: Bu medal günün anlamı önəmi üçün çox vacibdir. Bilirsiniz, orada Azərbaycan Bayrağına qarşı törədilən hücum hamımızı dərindən kədərləndirdi. Həmin gecə biz azərbaycanlı qardaşlarımızla birlikdə eyni hissləri yaşadıq. İndi danışdıqca insanın tükləri biz-biz olur. Uşaqlarımız əzmkarlıq göstərdilər gözəl nəticələr əldə etdilər. Allaha çox şükür. İnşallah, bundan sonra