Birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə uğurlu keçidində mühüm amildir
"Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz indi bunu əyani şəkildə görürük". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bildirib ki, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahəsində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir. Onlardan 6-sı artıq baş tutub.
Dünyada və regionda cərəyan edən hərbi-siyasi proseslərin gərginləşməsi hər bir dövlətin təhlükəsizliyinin təminatçısı kimi ordu quruculuğu sisteminin daha sivil və modern üslubda inkişafını tələb edən faktorlardan biri olaraq dəyərləndirilir. Müharibədən zəfərlə çıxan Azərbaycanda ordu quruculuğunun Türkiyə modelinə keçidi xüsusilə diqqətlə izlənilir. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb.
İki qardaş ölkə hərbi sahədə fəal əməkdaşlıq edir. Bu gün Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur.
44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır. Azərbaycan ilə Türkiyə dövlətləri arasında hərbi sahədə əməkdaşlıq isə hər kəs üçün nümunədir.
Azərbaycanla Türkiyə əsl müttəfiqlik nümunəsi ortaya qoymaqdadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də yeni perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsində hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bütün bunlar da ordularımızın birgə təlimlərini şərtləndirən hüquqi bazadır. Keçirilən birgə təlimlər Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi prosesinin də daha uğurla reallaşmasına xüsusi təsirini göstərir. Azərbaycan Ordusu, o cümlədən xüsusi təyinatlılarımız NATO standartlarını mənimsəyərək peşəkarlıqlarını yüksək səviyyəyə çatdırıb.
Birgə təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Bu sırada ilk yerdə məhz Türkiyə gəlir. Təkcə ötən bir il ərzində birgə hərbi təlimlər davamlı olub. Azərbaycan və Türkiyənin müxtəlif qoşun növlərini təmsil edən birləşmələrinin "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz Qardaşlıq-2021", "EFES", "Anadolu Ankası", "Qış Təlimi", "Anadolu Ulduzu", "Erciyes-2019", "Anadolu Qartalı", "Mustafa Kamal Atatürk", "Sarsılmaz Qardaşlıq", "TurAz Qartalı-2019", "TurAz Qartalı-2020" və "Heydər Əliyev-2020", Konyada keçirilən "Anadolu Qartalı-2021" adlı, eyni zamanda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının "Üç qardaş-2021" hərbi təlimləri, həmçinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021"