Pekin metrosundakı qəzada xəsarət alanların sayı 102-yə çatıb
Dünya xəbərləri

Pekin metrosundakı qəzada xəsarət alanların sayı 102-yə çatıb

Pekin metrosunun yerüstü xəttində baş verən qəza nəticəsində xəsarət alanların sayı 102-yə yüksəlib.

"Respublika" xəbər verir ki, Pekin meriyasının açıqlamasına istinadla xəbər verir ki, metronun Çanpin xəttində hərəkətdə olan qatarın maşinisti öndəki qatarın dayandğını görüb və toqquşmamaq üçün əyləci basıb. Amma şaxtalı hava səbəbindən relsin səthi buz bağladığı üçün qatar sürüşərək öndəki qatarla toqquşub.

Hadisə yerinə gələn xilasedicilər 515 sərnişini müayinə üçün yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Onlardan 423 nəfəri müayinədən və ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıb edib. Ümumilikdə, 102 nəfərə sümük sınıqları diaqnozu qoyulub, onlardan 67 nəfəri stasionar müalicəyə cəlb olunub. Pekin meriyası qəzanın detallarını araşdırmaq üçün xüsusi təhqiqat qrupu yaradıb.

Qeyd edək ki, Pekin metrosunun Çanpin xətti şəhər mərkəzini Çanpin rayonu ilə birləşdirir və bu marşrutla gündə orta hesabla 400 min sərnişin daşınır.