ƏRDOĞAN: SEÇKİ QUTUSUNDAN ÇIXAN İSTƏNİLƏN NƏTİCƏNİ QANUNİ QƏBUL EDƏCƏYİK
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərində qutudan çıxan istənilən nəticəni qanuni qəbul edəcəklərini bildirib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə dövlət başçısı jurnalistlərə açıqlaması zamanı bəyan edib.
Məlumata əsasən, Ərdoğan çıxışı zamanı ölkənin 40 illik terrorla mübarizə tarixində terror təşkilatına ən ağır zərbələrin endirildiyini qeyd edib.
Eyni zamanda, Türkiyə lideri Qərbin bu seçkilərə böyük maraq göstərdiyini vurğulayıb.
Bütün ölkələrlə yaxşı münasibətlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdıran Ərdoğanın bildirib ki, ABŞ Rusiyaya müsbət baxmır deyə prezident Vladimir Putinlə heç vaxt əlaqələri kəsməyib.
Bununla yanaşı, prezident Türkiyənin illərdir məruz qaldığı iqtisadi hücumlara uğurla müqavimət göstərdiklərini bəyan edib.
Rəcəb Tayyib Ərdoğan Qara dənizdə kəşf edilən təbii qazın, həmçinin Qabarda aşkarlanan neftin ölkə iqtisadiyyatına fərqli bir güc qatdığını dilə gətirib.
UKRAYNA ORDUSU BAXMUTDA YENİ ƏRAZİLƏR AZAD EDİB
Ukrayna ordusu Baxmut şəhərində Rusiya qoşunlarını azı daha bir neçə kilometr geri sıxışdırıb. “Report” agentliyinin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, həmçinin fiziki və mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib.
Məlumata görə, Ukrayna ordusu Baxmutda azı bir kilometr ərazini azad ediblər.
Qeyd edək ki, mayın 12-də Baxmut şəhərinin 2 kilometr ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad etdildiyinə dair xəbər yayılmışdı.
Eyni zamanda, Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin hərbçilərinin Baxmutda cinahları boşaltdığı və qaçdığı barədə cümə günü video-açıqlama yayıb.
TÜRKİYƏNİN “CENK” BALLİSTİK RAKETİNİN SINAQLARI KEÇİRİLƏCƏK
Türkiyənin “ROKETSAN” şirkətinin istehsal etdiyi ilk orta mənzilli “CENK” ballistik raketinin qısa zamanda sınaq atışını həyata keçirəcəyi gözlənilir. “Trend” agentliyinin məlumatına görə, yerli istehsal mühərrik və yanacaq sistemləri olan ballistik raketin 1000 kilometrdən çox uçuş məsafəsinə sahib olacağı gözlənilir.
Bununla yanaşı, verilən xəbərə görə, ballistik raketin uc hissəsində yüksək manevr qabiliyyəti üçün kanartlar konfiqurasiyası var və raketin idarəetmə qanadlarının da olcağı planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, ballistik raketlər bir və ya bir neçə kimyəvi, bioloji, nüvə və yaxud konvensional döyüş başlığı daşıyan və döyüş başlıqlarını müxtəlif hədəflərə yönəldə bilən raket sistemləridir.
Həmçinin döyüş başlığı, mühərrik, yanacaq çəni və s. kimi sistemdən ibarət ballistik raketlərin, adətən yalnız döyüş başlıqları hədəfə çatır.
Aİ-yə QANUNSUZ MİQRANT AXININDA kƏskin ARTIM QEYDƏ ALINIB
Bu ilin yanvar ayından aprel ayına kimi Aralıq dənizinin mərkəzi hissəsindən Avropaya keçən miqrantların sayı 2022-ci ilin eyni dövrünü nəzərəçarpacaq dərəcədə üstələyərək görünməmiş həddə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Avropa İttifaqının sərhəd agentliyi olan “Frontex”in açıqlamasına əsasən, yanvar-aprel aylarında Aralıq dənizinin mərkəzi hissəsindən Aİ-yə qeyri-qanuni gələnlərin sayı ötən illə müqayisədə demək olar üç dəfə artaraq 42,2 min nəfərə çatıb.
Qeyd edək ki, bu göstərici 2023-cü ildə bütün istiqamətlər üzrə Aİ-yə qeyri-qanuni girişlərin yarıdan bir qədər çoxunu təşkil edir.
Bildirilir ki, Avropaya xüsusilə Tunisdən daha çox sayda miqrant gəlib. 2022-ci illə müqayisədə onların sayı 1100 faiz artıb.
HƏSƏN RUHANİ XARİCİ ÖLKƏLƏRƏ CASUSLUQDA İTTİHAM OLUNUR
İranın