Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin məzarını ziyarət edib
Sosial həyat

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 2- Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.