Oyuncaq Ermənistan odla oynayır
Digər xəbərlər

Oyuncaq Ermənistan odla oynayır

Məğlub edilmiş, Qarabağdakı bütün dayaqları sarsıdılmış, gündə bir havaya oynayan Ermənistan iqtidarının müstəqil qərar qəbul etməyə ixtiyarı çatmır, bir neçə iri şəhərdən gələn təlimatlar əsasında erməni xalqını yola verir, siyasi ikiüzlülük oyunbazlıq edir, danışıqlar masasında bir, arxada isə başqa mövqe nümayiş etdirir. Görünən budur. Uzun illərdir ki, yalan, böhtan, iftira, hoqqabazlıq Ermənistan iqtidarında cəmiyyətində çox dərin kök salıb, onlarda sağlam düşüncə qıtlığı hökm sürür, sülhə, anlaşmaya, qonşuluğa, əməkdaşlığa arxa çevirən, "ağa"larının diktəsi ilə suyu bulandıran, sərhəddə təxribat törədən ermənilər gələcəyə nikbin baxa bilmirlər.

İki il yarım bundan əvvəl torpaqlarımızda təxribatlar törədən, əraziləri minalayan, işğal altındakı yurd yerlərini xarabalığa çevirən ermənilərin puç olmuş xəyalları daşa dəyəndən sonra əllərindəki silahların səsi artıq Ermənistan ərazisindən gəlir. bu silahların səsi qəhrəman ordu bölmələrimizin peşəkarlığı qətiyyəti sayəsində Ermənistanın lap içərisində boğula bilər. Nəhayət erməni toplumu anlamalıdır ki, rəsmi Bakının müstəqil siyasəti iradəsi əksinə gedə bilməyəcəklər, hazırda əllərində olanları da itirə bilərlər. Ermənistanın baş naziri N.Paşinyanın havadarlarından aldığı ev tapşırığının sədası sərhəddən eşidildi. Silahlı qüvvələrimizin mövqelərini artilleriya atəşinə tutaraq təxribat törədən erməni hərbçilərinin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, düşmən itki verərək geri çəkilib. Mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərindən ordumuzun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - Novruzəlizadə Orxan Elxan oğlu həlak olub, Mahmudlu Müslüm Vidadi oğlu ağır yaralanıb. Düşmən tərəfi 4 hərbçisinin yaralandığını bildirib. Regionda sülh quruculuğu prosesində maraqlı olmayan, öz işğalçı siyasətini davam etdirən, insan hüquqlarını kobud şəkildə pozan Ermənistanın hərbi təxribatı Avropa İttifaqı digər dövlətlər tərəfindən kəskin pislənməli təxribatçı cəzalandırılmalıdır. Çünki Ermənistan məqsədli şəkildə regionda vəziyyəti gərginləşdirir, beynəlxalq hüququn beynəlxalq humanitar hüququn norma prinsiplərini kobud şəkildə pozur, yeni münaqişə ocaqlarının yaranması üçün təxribatlar törədir.

Qədim tarixi olan Basarkeçər digər yaşayış məntəqələri, hadisənin baş verdiyi Zod kəndi tarixi Azərbaycan torpağıdır. Ermənilər tərəfindən kəndin adı bir neçə dəfə dəyişdirilsə , burada həmişə azərbaycanlılar yaşayıb. XIX əsrin əvvəllərində İrəvan xanlığı Rusiya tərəfindən tamam işğal ediləndən sonra xanlığın ərazisi Ermənistan vilayəti adlandırılıb bu yerlər tamam erməniləşdirilib. Lakin rusların köçürülmə, ermənilərin soyqırımı siyasəti qədər geniş vüsət alsa da, azərbaycanlılar bu ərazilərdə ötən əsrin 80-ci illərinəcən yaşayıblar. Axar-baxarlı, gözəl təbiətə zəngin təbii sərvətə malik Zod kəndində vaxtilə 3 min nəfərə yaxın azərbaycanlı yaşayıb kənd 1987-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılıb. Zod həm özünün qızıl mədənləri ilə məşhurdur. Həmin mədənlərin əsas hissəsi Kəlbəcər rayonunun ərazisinə düşür. Kəlbəcərlə Göyçəni birləşdirən magistral yol da Zod aşırımından keçir. Onu demək istəyirəm ki, indi ermənilərin bizim mövqelərə atəş açdıqları Zod kəndi, Basarkeçər, Göyçə, bir sözlə, Ermənistan adlanan ərazilər tarixi, əzəli Azərbaycan torpaqlarıdır. qədər həyasız olmalısan ki, başqasının torpağında yaşayasan həmin millətə güllə atasan, ona qarşı deportasiya, soyqırımı törədəsən, bu, yalnız erməni xisləti, erməni eybəcərliyidir.

Silahlı qüvvələrimizin Qalib Ali Baş Komandanı İlham Əliyevin adı torpaqları işğaldan xilas edən, ərazi bütövlüyünü bərpa edən dövlət başçısı kimi tarixin səhifələrinə həkk edilib. Yaxşı deyiblər ki, tarix ən yaxşı bələdçidir, onun məhvərini heç bir qüvvə dəyişə bilməz. Tarixin ibrət dərsləri isə müharibəyə işğala cəhd edən dövlətləri həmişə ağır məğlubiyyət, məhrumiyyət, faciələr insan qırğınları ilə üz-üzə qoyub