Ortaq maraqlara söykənən faydalı əməkdaşlıq
Siyasət

Ortaq maraqlara söykənən faydalı əməkdaşlıq

Avropada önəmi artan Azərbaycanın İtaliya ilə dostluq münasibətləri strateji tərəfdaşlığı yeni perspektivlər vəd edir

Azərbaycanla İtaliya arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əməli nəticəsidir. İtaliyanın Avropa İttifaqının, NATO-nun üzv dövləti, eyni zamanda Fransa, Avstriya, İsveçrə Sloveniya kimi dövlətlərlə qonşu olması amili nəzərə alınaraq, bu strateji əməkdaşlığın yaxın gələcəkdə Azərbaycanın maraqlarının təminatına əlavə stimul verəcəyi kimi qiymətləndirilir. Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə imzalanan Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamə iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini ortaya qoyur.

Azərbaycan-İtaliya əlaqələri hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi nümunəvi dinamikası ilə seçilib. Ölkələrimiz arasındakı münasibətlərdə, həmçinin bir sıra unikal göstərici parametrlər öz əksini tapır. İtaliyanı Avropa İttifaqına üzv ölkələr sırasında ölkəmizin əsas siyasi, iqtisadi ticarət tərəfdaşı kimi xarakterizə etmək mümkündür. Bu ölkə, həmçinin rəsmi Bakının Avropa İttifaqı NATO ilə əməkdaşlığının güclənməsinə, möhkəmlənməsinə fəal şəkildə dəstək verir. Ölkələrimiz arasında münasibətlər daim inkişaf edir uğurlu perspektivlər vəd edir. Hər iki ölkə istər təbii sərvətləri, istərsə insan resursları ilə zəngindir. Bu aspekt təkcə iqtisadiyyatı deyil, eləcə mədəniyyət, innovasiya, tədqiqat, universitetlərarası akademik mübadilələri əhatə edir. Qeyd etmək lazımdır ki, İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyini" qapayır.

Dünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri İtaliyadır. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya s. ölkələrdən bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4- ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39.900 dollardır. İtaliya Statistika İnstitutunun məlumatına görə, ölkənin Ümumi Daxili Məhsul (ÜDM) artımı ötən il 3,9 faiz olmuş, 2023- ildə isə artım 0,4 faiz təşkil edəcək. Avropada iqtisadi cəhətdən üçüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 7 milyard dollara yaxındır. Həmçinin İtaliya şirkətləri neft-qaz sektoruna böyük həcmdə sərmayələr qoyub, işğaldan azad olunan rayonlarda bir sıra layihələr həyata keçirirlər. Mingəçevirdə tikiləcək yeni İstilik Elektrik Stansiyasının tikintisində İtaliya şirkətləri iştirak edir.

İtaliya sıradan bir Avropa ölkəsi deyil, çox böyük iqtisadi gücə malikdir böyük 8-lərdə təmsil olunan ölkələrdən biridir. Belə bir ölkə ilə genişlənən çoxşaxəli əlaqələr Avropa İttifaqında Azərbaycanın güclü strateji tərəfdaşı olması anlamına gəlirHazırda Azərbaycan qazının nəql olunduğu Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində yaxın gələcəkdə İtaliya bütövlükdə Avropa üçün mühüm enerji ölkəsinə çevriləcək. Bununla yanaşı, Azərbaycan, həmçinin diplomatik baxımdan da türkdilli dövlətlərin Gürcüstanın Avropa ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm rol oynayır. İndiki geosiyasi reallıqlarda Azərbaycan kimi tərəfdaşların müttəfiqlərin olması son dərəcə mühüm amildir. Bakı İtaliyanın enerji təchizatı mənbələrinin şaxələndirilməsində əsas aktordur bu səbəbdən hər iki ölkə iqtisadi, infrastruktur enerji sahəsində birgə əməkdaşlıqdan məmnundur.

Bu yaxınlarda Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında Azərbaycanla İtaliya arasında əlaqələrin genişlənməsinə toxunub. Ölkə başçısı qeyd edib ki, azad olunmuş torpaqlarda ən çox görən şirkətlər Türkiyəni İtaliyanı təmsil edirlər: "İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından