Ordumuzun təxirəsalınmaz cavabı, “Qisas” əməliyyatı
Digər xəbərlər

Ordumuzun təxirəsalınmaz cavabı, “Qisas” əməliyyatı

Azərbaycan regionun güclü ölkəsi kimi bütün prosesləri nəzarətdə saxlamaq əzmindədir

Ötən gün axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.Bu barədə Müdafiə Nazrliyi məlumat  yayıb. Məlumatda bildirilir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür. Məlumata görə, qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb.

Ordumuz gecə ilə hərbçimizin yaralanmasına təxirəsalınmaz cavab olaraq, “Qisas” əməliyyatı həyata keçirib. Bu əməliyyat çərçivəsində   Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə,  qanunsuz birləşmələrin infrastrukturna ciddi zərbələr endirilib.İlkin məlumata görə, 5 terrorçu məhv edilib. Məhv edilən terrorçuların sayı ilə bağlı məlumatı Ermənistan mətbuatı da yayıb. Təfərrüatlardan aydın olur ki, bu, Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxribatdır. Beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda Ermənistanın bu cür təxribatlar törətməsi təəssüf doğurur. Ermənistan silahlı qüvvələri Cənubi Qafqaz regionunda sabitliyi pozan əsas amildir. Beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq, Ermənistan hərbçiləri Azərbaycan ərazisindən tam çıxarılmayıb. Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmət etməlidir.

Azərbaycanın sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan və bir sıra əsassız iddiaları ilə hal-hazırda prosesə maneçilik törədən Ermənistan tərəfi, bu təxribatlara əl atmaqla növbəti Vaşinqton görüşü ərəfəsində danışıqları pozmaq məqsədi güdür. Bu təxtibatın  erməistanın  havadarllarının təşfiqi ilə baş verdiyi də istisna deyil. Hər halda sözügedən qanunsuz birləşmələrinin sülhməramlıların tam nəzarəti altında olması bunu deməyə əsas verir. Məqsəd ən müxtəlif bəhanələrlə sülh prosesini pozmaq, Bakı ilə anlaşma sənədi imzalamağı yubatmaqdır. Bu gün Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı ilə bağlı proqnoz vermək çətindir. Keçən il də gözləyirdik ki, ilin sonuna kimi sülh sazişi imzalanacaq. Sadəcə, hər dəfə Paşinyan hansısa bir hərəkət edir, daha sonra müəyyən bir müddət keçir və o gözləyir. Sözsüz ki, bu hərəkətləri, ”taktika"nı II Qarabağ müharibəsindən sonra müntəzəm olaraq müşahidə etmişik.

Və onu da qeyd etmək lazımdır  ki, Ermənistan rəsmiləri sülhdən hamıdan çox danışsalar da, əslində onu uzaqlaşdırmaqla məşğuldurlar.Baş nazir Nikol Paşinyanın srağagün verdiyi təxribatçı açıqlamalarına başqa ad tapmaq mümkünsüzdür.Beləcə, Paşinyan “sülh pərvər” donuna girir, gah da Bakı ilə barışıq ritorikasına və beynəlxalq hüquqa zidd absurd bəyanatlar səsləndirir. Axı  ölkəmiz “sülhməramlı” kontingentin müvəqqəti nəzarət zonasında yaşayan erməni  əhalinin dinc və təhlükəsiz yaşaması, humanitar ehtiyaclarının təmin olunmasına hazır olduğunu vaxtaşırı bəyan edir.  Ermənilər də  dövlətimizin qanuni tələbini yerinə yetirməlidir.

Təəssüf ki, “sülhpərvər” Paşinyan və komandası Qarabağdakı soydaşlarını bircə dəfə olsun, Bakının haqlı tələbini nəzərə almağa, re-inteqrasiyaya  cağırmayıb. Deməli, İrəvanın hədəfi heç də erməni sakinlərin normal həyatı, Azərbaycan cəmiyyətinə inteqrasiyası deyil.bu, son vaxtlarda ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan və layiqli cavabını anında alan ermənilər hələ ötən ayda da sərhədimizə diversiya qrupu göndərmişdi. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı.Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır.Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.Son vaxtlar  hər bir danışlar ərəfəsində  Ermənistan ordusu Azərbaycan mövqelərini müxtəlif atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları ilə hücuma cəhd edib. Bununla bağlı Azərbaycan tərəfi də tam məlumatlıdır. Fərruxda, Sarıbabada olduğu kimi, bu yeni təxribatların da qarşısı layiqincə alınacaq, düşmənə sərt və  qətiyyətli cavab veriləcək. Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərir. Avropa İttifaqının “mülki” missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi güman edir ki, Aİ missiyasının bu ölkədə olması onlara öz yersiz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Amma Azərbaycan tərəfi bu regionun güclü ölkəsi kimi bütün prosesləri nəzarətdə saxlamaq əzmindədir. Hazırda vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır.

Mustafa KAMAL,

“Respublika”.