BURADAN O YANA BASARKEÇƏRDİR
Digər xəbərlər

BURADAN O YANA BASARKEÇƏRDİR

Göyçə - Azərbaycan-Türk mədəniyyətinin qaymağıdır. Qədimdən-qədim türk məskənlərinin ilkin məkanıdır. Türk dünyaya gəlişindən Göyçəyə yol almışdır. Bu günlər gözəl havası, saf suyu ilə fərqlənən məkanlar axtarırıq ki, orada ruhumuz dincəlsin. Göyçə məhz belə bir məkan idi, ruhlarımızın dinclik tapdığı məkan...

Göyçə bir məkan olaraq qədim Türk dünyasının bütün elementlərini özündə saxlayır: istər musiqidə, saz-söz sənətində, istərsə ədəbi mühitdə, folklorda. Bu gün əlimizdə olmayan, ayaqlarımız altında doğma torpağın gücünü qüdrətini hiss etmədən yaşayan bizlər kökündən qoparılmış ağaca bənzəyirik...

Daşnak erməni tayfasının ayaqları altında inləyən Qərbi Azərbaycan - Göyçə mahalı bir əsrdə dəfələrlə qaçqın, köçkün olub pərən-pərən düşdü. Maddi mənəvi genosidə məruz qaldı, bəzən isə köçürülmə adı ilə deportasiyaya məcbur edildi. 1988-ci ildən başlanan erməni iddiaları bütün Qərbi Azərbaycanın, o cümlədən Göyçə mahalının da itirilməsi ilə nəticələndi. Hələ keçən əsrin əvvəllərindən, 1905-1906, 1915, 1918-ci illərdə Azərbaycan-Türk millətinə qarşı erməni vəhşilikləri saya-hesaba gəlmir. Bir əsrdə dəfələrlə soyqırıma məruz qalıb öz yurdunda qaçqın düşən, qışın qarında, yayın istisində pərən-pərən olan insanlarımızın gördükləri dəhşətlər qəlbə sığmır. Keçən əsrdə 1905-1906- illərdə ata-babalarımız Qərbdən-Şimala dəfələrlə köç etmişlər. 1918-ci ildə isə Göyçə camaatı Gədəbəyə sığınmağa məcbur olmuşlar. Azərbaycanımızın kiçik bir zərrəsi olan Ulu Göyçə onun cəsur oğulları Azərbaycan tarixini həmişə qəhrəmanlıq səhifələri ilə zənginləşdirmişlər. Uzağa getməyək, 1918-1919-cu illərin amansız daşnak avantürasına qarşı döyüşlərdə göyçəlilər mərdlik göstərmiş, daşnak ordusunu bir neçə mühüm döyüşlərdə - Zodda, Cil kəndi aşırımında nəhayət Göysu-Ağkilsə, Göyçə gölünün sahil sularında pərən-pərən salaraq Göyçəni bütünlüklə düşməndən azad etməyə müvəffəq olmuşlar. Təsadüfi deyildi ki, bu münasibətlə "Qırmızı Tabor"un cəsur komandiri, yenilməz sərkərdə Abbasqulu Bəy Şadlinski yaxın adamı Səməd Ağaya göndərdiyi məktubunda göyçəliləri təbrik edirdi.

Tarixən elə bir coğrafiyada yerləşmişik ki, barlı-bərəkətli torpaqlarımız, yeraltı-yerüstü sərvətlərimiz, xalqımızı ərazilərimizi daim təhlükə altında qoyur. 200 il əvvələ yönəlsək, Türkmənçay Gülüstan müqavilələri nəticəsində Türkiyə İran ərazisindən qaraçı erməni tayfasının Azərbaycana, Qarabağ bölgəsinə s. qədim türk yurdlarına kütləvi köçürülməsi başlandı. Olduqca məkrli hiyləgər ermənilər öz niyyətlərini həyata keçirmək üçün özgə torpaqlarına yiyələnmək, bu yerləri özünə vətən etmək arzusu ilə gizli siyasət yeridirdilər. Erməni terror dəstələrini bir araya gətirən daşnak "Asala", "Krunk" təşkilatları, bir sözlə xaricdən dəstək alan "haylar" Azərbaycan Türkiyə əhalisini, daha doğrusu, milli mənsubiyyətinə görə türk adlanan insanları min bir zülm işgəncələrə məruz qoymuşlar.

Daha bir fakt, 1918-ci ildə erməni daşnak Andranikin quldur dəstələri Göyçədə Sətənağac kəndi ilə Şişqaya kəndi arasındakı yolun üst tərəfində yerləşən tövlədə 800-dək azərbaycanlını od vurub diri-diri yandırmışlar. Böyük-kiçik demədən, cavan-qoca bilmədən insanları qətlə yetirmişlər. Erməni xisləti budur, xain, xəbis, alçaq.

1948-1953- illərdə Sovetlər İttifaqı zamanında Kommunist Partiyasının baş katibi Stalinin SSRİ Rəyasət Heyətinin sədri olmuş Anastas Mikoyanın fitvası ilə 160 mindən çox Qərbi Azərbaycan türkü məcburən Azərbaycana - Ucar, Əli Bayramlı s. kimi rayonlara köçməyə məcbur edilmişlər. Təbii ki, Göyçə mühitində yaşayan insanlar Aranın istisinə tab gətirə bilməzdilər. Bir haşiyə çıxmaq istərdim: Dayılarım, Nəsib babam bir müddət Gədəbəydə yaşasalar da, Azərbaycanın müxtəlif rayonlarına səpələnsələr geri qayıdıb dağlardan - öz yurd-yuvalarına həsrətlə baxarlarmış. Dağdan enib kəndinə qayıdan