Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətinin əsas prioritetidir
Siyasət

Ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətinin əsas prioritetidir

 Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya cəsur döyüşçülərə sahibdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin əsas prioritet sahəsi olduğunu da bildirib. Bu sahəyə qarşı diqqət qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına daxil edib. Bu gün Azərbaycanı qüdrətli ölkəyə çevirən əsas amil iqtisadi yüksəlişə güclü orduya malik olmasıdır. Böyük sevinc hissilə söyləyə bilərik ki, ölkəmiz müstəqil iqtisadiyyata siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində böyük uğurlar əldə edib. Heç şübhəsiz ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.

 zərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya cəsur döyüşçülərə sahibdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı hər zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin əsas prioritet sahəsi olduğunu da bildirib. Bu sahəyə qarşı diqqət qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50 ordusu sırasına daxil edib. Bu gün Azərbaycanı qüdrətli ölkəyə çevirən əsas amil iqtisadi yüksəlişə güclü orduya malik olmasıdır. Böyük sevinc hissilə söyləyə bilərik ki, ölkəmiz müstəqil iqtisadiyyata siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində böyük uğurlar əldə edib. Heç şübhəsiz ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.

Vətən müharibəsində aparılan döyüşlər ordumuzun təcrübəsinin artmasına səbəb oldu. Müharibənin başa çatmasından dərhal sonra Silahlı Qüvvələrin daha da güclənməsi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi, müasir texniki vasitələrlə qoşunlardan məlumatların sürətli əldə olunaraq analiz edilməsi, yaranmış vəziyyətin qiymətləndirilərək daha çevik qərar qəbul edilməsi fasiləsiz idarə olunmasına şərait yaradılması məqsədilə struktur islahatları aparıldı. Təbii ki, bu sahədə böyük təcrübə bacarığı ilə dünyada tanınan Türkiyə dövlətinin yardımına əməkdaşlığına böyük ehtiyac duyulurdu. NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunda kiçik modelinin yaradılması istiqamətində gedən işlər Silahlı Qüvvələrimizin döyüş qabilliyətinin artmasına böyük təkan verib.

İkinci Qarabağ müharibəsi ərəfəsində əldə olunmuş təcrübə çevik sürətli manevrə malik, yüksək dağlıq çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə Prezident İlham Əliyev Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması barəsində göstəriş vermişdi. Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunların tabeçiliyində olan Komandolar fiziki nəzəri hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində, qısa bir müddət ərzində hədəfin detalları ilə birlikdə kəşfiyyatını həyata keçirərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin edilməsə belə, vəzifəni başa çatdırmağı bacaran əsgərlərdir. Azərbaycanda komando hərbi hissələrinin yaradılmasına 2021-ci ilin sonlarında başlanılmışdı. 2021-ci il dekabrın 24- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında iştirak etmişdi. 6 ay sonra Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edən dövlət başçısı yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışını etmişdir. Ali Baş Komandan açılış nitqində söylədişdi: "...Altı ay