ÖLKƏNİN VƏ XALQIN XOŞBƏXTLİYİ NAMİNƏ MÜBARİZƏNİN TƏCƏSSÜMÜ
Siyasət

ÖLKƏNİN VƏ XALQIN XOŞBƏXTLİYİ NAMİNƏ MÜBARİZƏNİN TƏCƏSSÜMÜ

Azərbaycan xalqı 15 İyunMilli Qurtuluş Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu əlamətdar günün 30-cu ildönümünün qeyd olunması 44 günlük Vətən müharibəsində Zəfərimiz, əzəli torpağımız olan Qarabağın Ermənistanın işğalından azad edilməsi, iqtisadiyyatın, elmin mədəniyyətin çiçəklənməsi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müasir tarixində misli görünməmiş mənəvi yüksəlişi ilə müşayiət olunur

"15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 1997-ci il tarixli Qərarı ilə bu günün tariximizin əlamətdar günlər təqviminə qızıl hərflərlə yazılması heç təsadüfi deyildir.

Müasir Azərbaycan dövlətçiliyinin inkişafının təməlində Azərbaycan xalqının o zaman Ulu Öndər Heydər Əliyevin himayəsində olan Naxçıvana nəzərlərini yönəltdiyi 15 iyun 1993- il tarixi dayanır. Yalnız bu beynəlxalq nüfuzlu nəhəng şəxsiyyət dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın vətəndaş müharibəsi uçurumuna yuvarlanmasının qarşısını ala bildi.

Qədim yunan mütəfəkkiri, filosof Aristotel cəsarətin fəzilətinin insanlarda yaradıcı işlər görməyə təşviq edən cəsarət gücünü yaratdığını söyləməkdə haqlıdır. Məhz bu cür fəzilət ölçüyəgəlməz dərəcədə mürəkkəb, ekstremal şəraitdə düşüncələrini, fiziki intellektual qüvvəsini xalqını yenicə bərpa olmuş suveren dövlətçiliyini itirmək fəlakətindən xilas etməyə yönəldən böyük şəxsiyyət Heydər Əliyevin bütün varlığını simvolizə edirdi.

Ulu Öndərimiz 1990- ilin yanvar ayında Azərbaycanda qanlı terror törədən sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yaranan təhlükə ilə üzləşdiyi vaxtda bütün qüvvəsini əsirgəmədən Vətənimizin müdafiəsinə qalxdı. Lakin ovaxtkı Azərbaycan hakimiyyətinin Heydər Əliyevə hər formada mane olmaq cəhdlərinə, onun mahiyyət etibarilə uzaqgörən xəbərdarlıqlarına Qorbaçovun Azərbaycana münasibətdə qərəzli siyasətinə qarşı tədbirlər planına etinasız yanaşmasına baxmayaraq, Heydər Əliyevin Azərbaycan xalqının təhlükəsizliyinin təmin edilməsinə yönəltdiyi qəhrəmanlıq mübarizəsinə görə xalq ona öz minnətdarlığını bildirdi onun ətrafında həmrəyliyini birmənalı şəkildə nümayiş etdirdi.

Ulu Öndər Naxçıvan Muxtar Respublikasında Ali Məclisə sədrliyi dövründə erməni hərbi birləşmələrinin muxtar respublikanın ərazisinə hücumlarına qarşı müdafiə sistemi yaradıb, bölgənin gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün baza formalaşdırıb, qardaş Türkiyəyə dəstək verib bununla da, bütün Azərbaycanın qorunmasının effektiv üsullarını əyani şəkildə nümayiş etdirib.

Həmin dövrdə respublikada idarəetmə strukturlarının fəaliyyətində anarxiya xaos hökm sürür, qarışıqlıq korrupsiya baş alıb gedirdi. Ovaxtkı rəhbərlərin həddini aşan ambisiyaları, boş, mənasız iddiaları qabarıq şəkildə özünü göstərirdi.

Ötən əsrin 80-ci illərinin sonu - 90- illərinin əvvəllərində müxalifət hərəkatında yuva quran, "Xalq cəbhəsi" qiyafəsində birləşən "cəbhəçilər" nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək arzusunu həyata keçirdikdən sonra Azərbaycan xalqının maraqlarına etinasızlıq göstərməyə başladılar. Bununla da xalqa açıq-aşkar xəyanət etdilər. Bu "demokratik rejim" carçılarının xəyanətini təcəssüm etdirən saysız-hesabsız faktlar var.

AXC-Müsavat cütlüyünün Azərbaycan xalqının mənafeyinə zərbə vuran təktərəfli, yarımçıq, primitiv xarici siyasətinə dair yalnız bir, lakin çox illüstrativ bir nümunəni göstərmək olar. Böyük Britaniyanın sabiq Baş naziri əfsanəvi Marqaret Tetçerin BP şirkətinin maraqlarına lobbiçilik etmək məqsədilə Bakıya səfəri zamanı, onun qarşısında əyilərək "dəmir ledi"nin rəğbətini qazanmaq üçün sözügedən cütlük ona o vaxta qədər heç bir zaman görünməmiş Abşeronda Xəzər dənizində hasil edilən neftin 80 faizinin keçmiş "dənizlər hökmdarı"na yalnız 20 faizinin "qara qızıl"ın sahibi hasilatçısı olan Azərbaycana verilməsi kimi olduqca əlverişsiz şərtləri təkidlə təqdim etmişlər.

Bir qədər irəliyə gedərək qeyd etmək lazımdır ki, Azərbaycanın milli sərvətlərinin hasilatından əldə olunan mənfəət nisbətini tam əksinə öz titanik səyləri nəticəsində yalnız Heydər Əliyev kökündən dəyişdirə bildi. 20 sentyabr 1994- il tarixində Bakıda "Əsrin müqaviləsi" imzalandı.

Beləliklə