"Azərbaycana xoş gəlmisiniz!". Bu sözlər Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında da yazılıb. Vətənin hansı istiqamətində olursa-olsun bu lövhə ilə qarşılaşmaq hər birimiz üçün əziz və qürurvericidir. Sərhədimizdə ayağımızı basdığımız hər qarış torpaq bizə bura Vətəndir deyir. Elə bu mənada, Vətən sərhəddən başlayır. İndi Azərbaycanda bütün yollar Qarabağdan keçir. Bu yollar, bu sərhədlər Azərbaycanın, onun dövlətinin əzəmətini, qüdrətini göstərir. Hər gün bir az da güclənən sərhədlərimiz ölkəmizin regionda söz sahibi olmasından xəbər verir. Artıq dövlətimiz özünə aid olan hər şeyə sahibdir. Və zamanında xainliyin, biganəliyin nəticəsində itirilən torpaqlarımızı, tarixi-mədəni dəyərlərimizi geri qaytardı.
Qarabağ müharibəsi bizə həyatın hər üzünü göstərdi. Biz torpaq, yurd itkisinin nə olduğunu gördük. İtirdiyimiz torpaqlar uğrunda şəhid olan oğulların acısını yaşadıq. Məcburi köçkün, qaçqın olduq. Vətəndə Vətən həsrəti çəkdik. Üzü yurda sarı ürəyimiz qövr elədi. Yağı düşmən tərəfindən dağıdılıb yandırılan evlərimizin, yurdlarımızın tüstüsündə boğulduq. Amma ümidimizi üzmədik. İnandıq ki, bir gün gələcək, biz öz torpaqlarımıza qayıdacağıq. Çünki o yerlərin əsl sahibi bizik. Şükürlər olsun ki, ürəyimizdəki ümid işığında közərən arzularımız çin oldu. Azərbaycan öz haqq savaşında Qələbə qazandı. Ermənistanın 30 il əvvəl işğal etdiyi torpaqlarımızı azad etdik. Təəssüflər olsun ki, Ermənistan işğal dövründə bu torpaqlarda ağlasığmaz vəhşiliklər törədib. Bölgəni talan etməklə yanaşı, həm də təbiətimizə, tarixi-mədəni abidələrimizə qarşı amansız davranıb. Bütün bunlara baxmayaraq, dövlət başçımız İlham Əliyev münaqişənin sülh yolu ilə həll etməyin tərəfdarı olmuşdur. Ermənistan isə sülh istəmədi. Əzəldən bizə düşmən kəsilən ermənilər öz məqsədlərinə çatmaq uğrunda mübarizə apardılar. Boş, mənasız və yalançı vədlərə inanaraq bir az da ümidləndilər. Ancaq ermənilər bir şeyi anlamadılar ki, sülh bütün münaqişələrin açarıdır. Sülh olan yerdə rahatlıq, xoş güzəran və dinclik var.
Azərbaycan hər zaman dinc yaşayışın və sülhün tərəfdarı olduğu üçün qonşu dövlətləri də sülh şəraitində yaşamağa dəvət edib. Baxmayaraq ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları belə zamanında bizə qarşı düşmənçilik siyasəti yeridib, ölkəmiz onları da öz vətəndaşı kimi qəbul etməyə hazır olduğunu bildirmişlər. Lakin həm Ermənistan, həm də Qarabağ erməniləri təklif olunan şərtləri qəbul etməmiş, öz köhnə adətlərindən əl çəkməmişlər. Kənardan çalınan havalara oynayaraq gizli planlar həyata keçirməyə çalışmış, öz miskin, xain əməllərini davam etdirmişlər. Fürsət düşən kimi ərazilərimizə mina basdırmış, gizli yollarla silah, sursat daşımışlar.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qarşı tərəfə münaqişəni dinc yolla həll edib, mehriban qonşuluq şəraitində yaşamaq təklif etsə də, Ermənistan xain əməllərindən əl çəkməyərək bölgədə gərginliyi bir az da artırırdı. Azərbaycan isə sərhədlərini möhkəmlədirməyə qərar verdi. Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyət üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah daşınmasının qarşısını almaq və baş verə biləcək yeni təxribatlara son qoymaq məqsədilə Azərbaycan Ordusu lazımi tədbirlər həyata keçirdi. Aparılan zəruri tədbirlər nəticəsində Kosalar və Turşsuya qədər olan bütün alternativ yollar ordumuz tərəfindən nəzarətə götürüldü. Azərbaycan Ordusu tərəfindən aparılan operativ əməliyyatlar nəticəsində dolama torpaq yollar tam nəzarətə alındı. Müşahidələr nəticəsində məlum olmuşdur ki, Xankəndi-Xəlfəli-Turşsu və digər istiqamətlər üzrə Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri intensivləşmişdir. Ermənilər bu yollarla nəinki silah, sursat daşıyırmış, həm də ərazidə səngər qazıntısı da həyata keçirirmiş. Bu isə Azərbaycan dövlətinə və ərazi bütövlüyünə xəyanətdir. Azərbaycan dəfələrlə bu kimi hallara son