Cənab İlham Əliyevin daxili və xarici siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda sosial, iqtisadi, siyasi, hərbi və ictimai təsisatlarda əsaslı yeniliklər edilmiş, səmərəli islahatlar aparılmışdır. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə böyük etimad göstərməsindən sonra həyata keçirilən uğurlu siyasi gediş nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. 18 aprel 2018-ci il tarixdə keçirilən andiçmə mərasimindəki nitqində "Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik", - deyən cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu strateji məqsədlərinə nail oldu. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Beləliklə, bu gün ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Azərbaycan uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir.
2018-2022-ci illər arasında uğurlu tərəqqi Prezident İlham Əliyevin başçılığı ilə bütün sahələrə inteqrasiya edildi. Artıq beynəlxalq məkanda söz sahibi olan Azərbaycan regionun lider dövlətinə çevrilib. İlham Əliyev demokratiyanın milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modern cəmiyyət formalaşdıra bildi. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri son 4 ildə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.
2020-ci il sentyabr ayının 27-də qüdrətli Azərbaycan dövləti öz əzəli torpaqlarını erməni işğalından azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Əfsuslar olsun ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışsa da, bu, mümkün olmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu istiqamətdə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxışlar etmişdir. Lakin bütün danışıqlara əhəmiyyət verilməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə kağız üzərində qalmış, heç bir nəticə hasil olmamışdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərinə, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi