NOVRUZUMUZU GÖYÇƏMİZDƏ QEYD EDƏK
Tarix

NOVRUZUMUZU GÖYÇƏMİZDƏ QEYD EDƏK

XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülən ermənilər bir müddət sonra azərbaycanlıları təhdid etməyə, onlara qarşı kütləvi qırğınlar həyata keçirməyə başladılar. Köçürülmə nəticəsində Cənubi Qafqazda heç bir zaman mövcud olmayan Ermənistan adlı dövlət yaradıldı 1918-1920-ci illərdə terror azərbaycanlılara qarşı soyqırımı dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların əsassız ərazi iddiaları, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi. Sayca ermənilərdən çox olmasına baxmayaraq, İrəvanda yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Bu cür siyasi proseslərdə qədim Göyçənin başı bəlalar çəkdi.

1920-ci il aprel ayının 28- Azərbaycan SSR yaradıldı. Həmin il avqust ayının 5- tərtib edilmiş arayışda Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi müəyyənləşərkən Göyçə iki yerə parçalandı. Göyçəlilər üçün maraq doğurduğunu nəzərə alaraq arayışın təfərrüatını diqqətə çatdırmağı məqsədəuyğun hesab edirəm: Sərhəd Qazax Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən başlayır, sonra Qazax, Aleksandropol (Gümrü) Yeni Bəyaziddən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili qərb istiqamətinə gedir. Göyçə gölünün cənub sərhədlərində sərhəd Yuxarı Zağalı Gödəkbulaq kəndləri arasından başlayır, sonra Yarpızlı, Qızılvəng Yuxarı Alçalı kəndlərinin yuxarısından, Göyçə gölünün cənub sahillərinin dağlıq rayonlarından Qızıl Xarava Ağmanqan yüksəkliklərindən keçir. Qərbdə İrəvan Yeni Bəyazid qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, türklərin yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toxmaq gölün istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gedərçay çayı ilə Yuxarı Ağbaş kəndinə çatır onun qarşısından şimala doğru qalxır, oradan Uluxanlıya gedir. Uluxanlı kəndi Uluxanlı dəmiryolu stansiyasının arasından keçərək Araz çayına qədər uzanır şimalda Rəncbər kəndinə çatır. Rəncbər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiədzin Kars vilayətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur Təndürək dağlarına, keçmiş rus-türk sərhədlərinə doğru uzanır.

1922-ci il martın 12-dən 1936- il dekabrın 5-dək olan dövrdə Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibinə daxil olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi digər torpaqlarımızla birlikdə Ermənistanın tərkibinə qatıldı. Bununla da, Göyçənin qara günləri başladı 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası hərbi təcavüzü bu gün yaşadığımız faciələrlə nəticələndi.

Tarixi torpaqlarımız olan Ağrı, Zəngəzur, Dərəçiçək, Dərələyəz, Ağbaba s. kimi ulu türk, Oğuz yurdu Göyçənin parçalanması soydaşlarımızın çəkdiyi zülm məşəqqətlər öz dədə-baba ocaqlarından didərgin düşənlərin yaddaşından silinməyəcək. Göyçəlilərin öz əzəli tarixi torpaqlarında mövcudluğuna son qoyulması onları acı məşəqqətli ağrılara düçar etmişdir. Tariximizin taleyimizin bu qanlı səhifələri dünyanın bu cənnət məkanında göz açanların qan yaddaşına həkk olunmuşdur. Dözülməz faciələr yaşayan göyçəli ziyalıların şahidi olduğu dəhşətli günləri bədii publisistik söz şəklində mənəvi sərvət səviyyəsinə yüksəltməklə bir tərəfdən xalqın erməni haramzadalarına kin-küdurətini təcəssüm etdirir, digər tərəfdən, vətən, el-oba, yurd sevgisini bütün təfərrüatları ilə canlandırmağa çalışıram.

Yuxarıda qeyd edilənlər zamanla sinəmizə çəkilən dağlardı ki, bu gün özünün çirkli, murdar xislətini göstərir. Lakin Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət 1988-ci ildə Göyçə mahalında Azərbaycana dəstək məqsədilə keçirdiyimiz "Göyçə mahalına muxtariyyət" adlı mitinqin ucalan səsidir sanki.

Çox istərdim ki, məşəqqətlə keçirdiyimiz, yağı düşmənlə üz-üzə dayandığımız o günlərdə keçirilən mitinqlər geniş işıqlandırılsın. Çünki yaxın tariximizi qeyd etməsək, keçmişi yadda saxlaya bilmərik. Ermənilər gənc bir qızın mitinqlərdə çıxışına görə tutulması üçün m&u