Nazir Emin Əmrullayev Lerikdə vətəndaşları qəbul edəcək
Region

Nazir Emin Əmrullayev Lerikdə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 10-da Lerik rayonunda vətəndaşları qəbul edəcək.

Qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak edə bilərlər. Sakinlər iyulun 6-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız vaxtında müraciət etmiş şəxslər iştirak edə biləcəklər.