İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq, məhsul yığımına başlanılıb. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Aqroparka mediatur təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov KİV nümayəndələrinə Yevlax Pilot Aqroparkın ümumi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, indiyədək Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda bu rezidentlər tərəfindən 130 hektardan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilik təşkil edir.
Bu layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.
“İSFA” MMC tərəfindən Yevlax Pilot Aqroparkına bu günədək bir milyon manatdan çox investisiya yatırılıb, 11 nəfər daimi iş yeri yaradılıb, həmçinin il ərzində isə 60-dan çox insan mövsümi işlərə cəlb edilir.
Zabit XƏLİLOV,
“Respublika”.