Nazir Ceyhun Bayramov Slovakiyada bir sıra görüşlər keçirib
Siyasət

Nazir Ceyhun Bayramov Slovakiyada bir sıra görüşlər keçirib

İyunun 7- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar digər sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Bu sahədə əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan ilə Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov Slovakiya şirkətlərinin sərmayədarlarının da görülən işlərə verə biləcəyi mümkün töhfədən danışıb.

Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

 

İyunun 7- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Miroslav Vlaxovski arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə tərəflər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıblar. Cari il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər diplomatik təmsilçiliklərin genişləndirilməsi yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.

Nazir C.Bayramov həmkarını postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu Ermənistan tərəfinin müxtəlif bəhanə təxribatlarla bu prosesi ləngitməsi, eləcə mina təhdidləri barədə məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa yenidənqurma işləri bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq mina təmizləyən avadanlıqlarının əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.

Slovakiyalı nazir Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verildiyini bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb.

Geniş tərkibli görüşdən sonra nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar.

Daha sonra keçirilmiş mətbuat brifinqində media nümayəndələrinin suallarını cavablandıran nazirlər keçirilən ikitərəfli görüş zamanı müzakirə olunan mövzular əldə olunan nəticələr barədə məlumat veriblər, jurnalistlərin suallarını cavablandırıblar.

Hər iki nazir Azərbaycan-Slovakiya əlaqələrinin həm ikitərəfli müstəvidə, həm çoxtərəfli formatlar çərçivəsində daha da inkişaf etdirilməsinə dair qətiyyət ifadə ediblər.