Azərbaycan Prezidenti İlham Əliyev multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına, milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunmasına xüsusi qayğı ilə yanaşır. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dini-mədəni irsin qorunması sahəsində dəyərli layihələri bütün auditoriyalar tərəfindən yüksək dəyərləndirilir. Bu fəaliyyətlər Azərbaycanın dünyadakı tolerant imicinin, ali mənəvi dəyərlərə sadiqliyinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası əməkdaşlıq prosesində örnək rolunun təsdiqidir.
Dövlətimizin milli-mənəvi dəyərlərin qorunması istiqamətində atdığı addımlardan biri də ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirməkdir. Bu mənada cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamını xüsusi qeyd etmək lazımdır. Belə ki, dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin ayrılması milli dövlətçilik tariximizdə bir ilk idi və bu addımın dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşmək ehtimalının qarşısının alınmasında müsbət rol oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat işləri aparmasına şərait yaradacağı şübhəsizdir.
Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olmuşdur. Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda bütpərəstlik, zərdüştiliklə bərabər, yəhudilik, xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri yanaşı yaşamışlar. Danılmaz faktdır ki, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq olmuşdur. Etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri yaranmış, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmişdir.
Adət-ənənənin, milli və etnik mənsubluğun qorunub saxlanılması xüsusi mənəvi məsuliyyət tələb edir. Dini və milli dəyərlər insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir. Bu məqsədlə, bu gücdən sui-istifadə edən əks qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını bərqərar etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışmışlar və bu proses müasir dövrdə də davam etməkdədir.
Xalqımız 70 illik sovet rejimindən xilas olaraq yeni mərhələyə - milli-mənəvi dəyərlərə qayıdış dövrünə qədəm qoyduğu bir zamanda çoxlu problemlərlə üzləşmişdir. Azərbaycanın təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin diqqətindən kənarda qalmayaraq, din sahəsindəki boşluqlardan yararlanıb öz niyyətlərini həyata keçirməyə çalışmışlar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək öz təlimlərini dini dəyər adı altında yaymağa az da olsa, müvəffəq olmuşlar. Vəziyyətin həssaslığı balanslaşdırılmış sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi.
30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli və dini terrorizmi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd özbaşınalığı hələ də qlobal dairələr tərəfindən səssizliklə qarşılanır. İşğaldan azad edilmiş ərazilərdə dünyanın bir çox yerlərindən gələn səyyahlar, jurnalist və ictimai üzvlər buradakı vandalizmi öz gözləri ilə görərək beynəlxalq nəzəri məlumatlandırdılar. Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. Ancaq Azərbaycan dövləti bu gün həmin ərazilərdə hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix və mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Bu, həm də Azərbaycan ilə Ermənistan arasında fərqin göstəricisidir. İşğal dövründə ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 60-dan çox dini abidənin,