Bakı Enerji Həftəsi çərçivəsində ölkəmiz və Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib. Açılış mərasimindəki çıxışında: "...Sözlərimi təsdiqləmək üçün tədbir iştirakçılarına təbrik teleqramları göndərən şəxsləri qeyd etmək kifayətdir: ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak. Mən ABŞ prezidentinə və Böyük Britaniyanın Baş nazirinə, onların bu tədbirdə iştirak edən nümayəndələrinə xoş və ruhlandırıcı sözlərə görə təşəkkür etmək istəyirəm", - deyə dövlətimizin başçısı bildirib.
Prezident, həmçinin qeyd edib ki, 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə "Əsrin müqaviləsi" imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş tədbirlərdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyadan 164-dən artıq şirkət iştirak etmişdir.
ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson isə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Azərbaycan Prezidentinə məktublarını oxudular.
Neft, qaz və enerji sektorunda mühüm platformaya çevrilən "Caspian Oil&Gas" sərgisi artıq 28 ildir ki keçirilir. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir.
Ölkə başçımız İlham Əliyev bildirib: "ABŞ və Böyük Britaniya hökumətləri Azərbaycanın Xəzər dənizindəki resurslarının işlənməsi ilə bağlı irəli sürdüyü bütün təşəbbüsləri həmişə dəstəkləyib. Onlar bugünkü neft və qaz boru kəmərləri sayəsində Avrasiyanın enerji xəritəsini faktiki olaraq dəyişdirmiş enerji nəqliyyatı infrastrukturumuzun qurulmasında köməklərini əsirgəməyiblər".
Bu il təşkil olunmuş Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi də nəzərdə tutulub. Belə ki, "Heydər Əliyev İli" çərçivəsində bu sessiya həm də şəhərin tarixi əhəmiyyətini əks etdirir. Ölkə başçısı İlham Əliyev bu yaxınlarda bildirib ki, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Bir sözlə, Naxçıvanı dövlət səviyyəsində yaşıl enerji zonasına çevirmək planlaşdırılır.
Bakı Enerji Həftəsində müzakirə olunan mühüm mövzular sırasına xalis sıfır emissiya, "Zero Waste" (Sıfır Tullantı) proqramı da daxil edilmişdir. "Zero Waste" proqramı həm də ilk dəfə olaraq forum çərçivəsində tətbiq olundu. Onu da qeyd edək ki, tədbirin keçirildiyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilib. Mərkəzdə quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə enerji istifadəsinə sərf olunan xərclərə qənaət edilir.
Bakı Enerji Həftəsi mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il də, həmçinin tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atıldı. Belə ki, tədbirin 3-cü günü Bakı Konqres Mərkəzində "4sım", "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Hər il olduğu kimi, bu il də sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2