Makroiqtisadi sabitliyin qorunmasında mühüm layihələrin maliyyələşdirilməsində, ehtiyat vəsaitlərin yaradılmasında fond əhəmiyyətli mövqeyə malikdir
Milli Neft Strategiyasında nəzərdə tutulmuş hədəfə nail olmaq məqsədilə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Azərbaycanın suveren fondu olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əsası qoyulub. Neftlə zəngin olan ölkələrdə belə fondların təsis edilməsi bu təbii sərvətdən gələn qazancın nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Azərbaycan Respublikası Neft Fondu (ARDNF) institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində, eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından öz təcrübəsini bölüşdürməyə qadir olan qurumdur. Çünki ARDNF yaradılarkən analoji dünya təcrübəsinə istinad edilməklə yanaşı, yerli xüsusiyyətlər və ehtiyaclar nəzərə alınmış, neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan model seçilmişdir.
2017-ci il mayın 31-də 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev deyib: “Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz neft fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edə bilmişik”.
İndi bu qəsəbələrin sayı 100-dən artıqdır. 10 ildən çoxdur çadır şəhərcikləri ləğv olunub. Təkcə keçən il 6 min köçkün ailəsinə mənzillər təqdim edilib.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsində Azərbaycanın iştirak payını da neft fondu maliyyələşdirdi. 2005-ci ilin mayında Bakı yaxınlığındakı Səngəçal terminalında ilk yükünü qəbul edən BTC 2006-cı ilin iyulunda tam bir sistem kimi işə düşdü. Həmin vaxtdan fasiləsiz və təhlükəsiz işləyən kəmərin özü bu gün artıq təkcə Azərbaycana deyil, bütün regiona xeyir gətirir. Neft fondundan “Cənub Qaz Dəhlizi”nin çəkilişinə də vəsaitlər ayrılıb. Hazırda bu dəhlizin dörd komponentindən üçü - “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyə ərazisindən keçən TANAP (Transanadolu Qaz Boru Kəməri) artıq gerçəkləşib. Bir ildən çoxdur TANAP-la Türkiyəyə “Şahdəniz” qazı nəql olunur. Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi də sona yaxınlaşır.
“Cənub Qaz Dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.
Azərbaycan neftdən və qazdan gələn gəlirləri, eyni zamanda, nəqliyyat sektoruna yönəldib. ARDNF-in vəsaitləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu kimi əhəmiyyətli bir layihəni maliyyələşdirdi. Bunlar Azərbaycanı nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi. Görülən işlər indi ölkə ərazisindən böyük həcmli yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə daşınmasına imkan verir.
Bütün bu işlərin uğurlu həlli ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və Prezident İlham Əliyevin gündən-günə inkişaf etdirdiyi müstəqil Azərbaycanın Dövlət Neft Fondundan qaynaqlanır.
2020-ci ildə qarşısına qoyulmuş məqsəd və vəzifələrin icrasına uyğun olaraq ARDNF tərəfindən neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərin gələcək nəsillər üçün toplanması və vəsaitlərin idarə edilməsi təmin edilmişdir. Ötən il xam neftin qiymətləri aşağı olsa da, Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin yüksək olması, eləcə də valyuta məzənnələrinin dəyişməsi və qızılın qiymət artımı şəraitində ARDNF-in aktivlərində ilin əvvəli ilə müqayisədə artım qeydə alınmışdır. İstehsal edilən ÜDM-in 70,1 %-lik payı qeyri-neft sektorunun payına düşmüşdür. 31 dekabr 2020-ci il tarixinə ölkənin strateji valyuta ehtiyatlarının (ARDNF və Azərbaycan Respublikası Mərkəzi Bankı) həcmi 49 933,7 milyon ABŞ dolları təşkil edərək keçən ilin sonu ilə müqayisədə 0,35 milyard ABŞ dolları və yaxud 0,7 % artmışdır. Həmin ehtiyatların 87,2 %-i ARDNF-in aktivlərinin payına düşür. 2020-ci ildə ABŞ dolları ifadəsində ARDNF-in vəsaitinin ÜDM-ə nisbəti təxminən 102,2 %-ə bərabər olmuşdur.
Ölkədə fiskal tarazlığın qorunmasında ARDNF-in böyük rolu olmuşdur. Belə ki, 2020-ci ildə dövlət büdcəsinin daxilolmalarının 12,2 milyard manatı və yaxud 49,4 %-i ARDNF-dən dövlət büdcəsinə köçürülən ödənişlərin hesabına formalaşmışdır ki, xam neftin qiymətlərindən asılı olmayaraq ARDNF tərəfindən dövlət büdcəsi qarşısında öhdəliklər vaxtında icra edilmiş, fiskal sabitliyin qorunması təmin edilmişdir. ARDNF-in aktivlərinin artımı ölkənin maliyyə dayanıqlılığının qorunmasına və borclanma əmsalının aşağı düşməsinə müsbət təsir etmişdir. Eyni zamanda 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 milyon manat, xərcləri 26 416,3 milyon manat həcmində icra olunmuş və 2020-ci ildə dövlət büdcəsinin kəsiri ÜDM-in (72 432,2 milyon manat) - 2,4 %-ni təşkil etmişdir.
2003-2020-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 112,14 milyard manat vəsait transfer edilmişdir. 2020-ci ildə ARDNF tərəfindən məcburi köçkünlərin sosial-məişət və məskunlaşdırılması ilə bağlı tədbirlər, 2019-2023-cü illərdə Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı maliyyələşdirilmiş, dövlət büdcəsinə transfer edilmişdir, eyni zamanda ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təmin edilmişdir. ARDNF-in büdcəsindən bu istiqamətlər üzrə ümumilikdə 12 425,3 milyon manat (7 308,8 milyon ABŞ dolları) məbləğində vəsait ayrılmışdır.
2020-ci ildə ARDNF-in büdcəsindən dövlət büdcəsinə köçürülmüş transfer məbləği 12 200,0 milyon manat və eyni zamanda ümumi büdcə xərclərinin 98,2 %-ni təşkil etmişdir. 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 681,7 milyon manat təşkil etmiş və bunun 12 200,0 milyon manatı və yaxud 49,4 %-i ARDNF tərəfindən transfer edilmişdir. Transfer dövlət büdcəsi xərclərinin (26 416,3 milyon manat) 46,2%-ni təşkil etmişdir. 2003-2020-ci illərdə dövlət büdcəsinə, ümumilikdə ARDNF tərəfindən 112,1 milyard manat və yaxud 106,9 milyard ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Bu dövr ərzində ARDNF-in cəmi büdcə xərcləri 126,0 milyard manat olmuş və transfertlər bu xərclərin 89,0%-ni təşkil etmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” layihəsi ARDNF tərəfindən 2001-ci ildən başlayaraq maliyyələşdirilməkdədir.
2001-2020-ci illər ərzində ARDNF-in büdcəsindən ümumilikdə bu tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2 702,7 milyon manat vəsait xərclənmişdir. O cümlədən hesabat ilində ARDNF tərəfindən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 200 milyon manat vəsait ayrılmışdır. ARDNF-dən ayrılmış ümumi vəsait hesabına 40 392 ailə üçün fərdi evlərdən ibarət 76 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 25 məhəllə və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. 2020-ci ildə qeyd edilən tədbirlər çərçivəsində 3 məhəllə və 4 qəsəbədə 3 640 məcburi köçkün ailəsi üçün mənzillər və fərdi evlər tikilmiş və ailələr həmin mənzillərə köçürülmüşdür. Bundan əlavə, 7 məktəb, 3 uşaq bağçası, 2 tibb məntəqəsi, 2 icma mərkəzi, 3 inzibati bina, 2 artezian quyusu, 19 su anbarı, 13 nasos stansiyası, 27 yüksəkgərginlikli iri və kiçik transformatorlar, 2 elektrik yarımstansiyası, 33,5 km avtomobil yolları, 106,6 km içməli su xətti, 114,5 km elektrik xətləri, 57,6 km qaz xətti və 14,7 km kanalizasiya sistemi olan sosial-mədəni infrastruktur obyektlərin tikintisi tamamlanmışdır. Bu maddə üzrə xərclər ARDNF-in 2020-ci il üzrə ümumi büdcə xərclərinin 1,6%-ni təşkil etmiş və 2019-cu il səviyyəsində olmuşdur.
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dəyişiklik edilməsi ilə əlaqədar ARDNF-in 2020-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2020-ci il tarixli Fərmanı ilə ARDNF-in 2020-ci il büdcəsinə dəyişikliklər edilmişdir. Fərmana uyğun olaraq ARDNF-in 2020-ci il üçün büdcə gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə Fondun büdcə gəlirləri