Müdafiə sənayesi sahəsində əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyin qarantıdır
Siyasət

Müdafiə sənayesi sahəsində əməkdaşlıq regional və beynəlxalq təhlükəsizliyin qarantıdır

Dünyada Azərbaycan-Türkiyə münasibətləri hər bir dövlət üçün mükəmməl örnəkdir. Bu iki dövlət yaxşı gündə , pis gündə biri-birilərinin yanındadırlar. Azərbaycan Türkiyə arasındakı münasibətlər ölkə rəhbərlərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dinamik inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm rol oynayır münasibətlərin inkişafına güclü təsir göstərir.

Cənubi Qafqazdakı destabil vəziyyət Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığı vacib edən amillərdir. Təkcə Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda bölgədə təhlükəsizliyin təmin edilməsi baxımından da hərbi əməkdaşlıq olduqca böyük önəm kəsb edir. İki ölkə arasındakı hərbi əməkdaşlığın əsası 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə ilə qoyulmuşdur. Bu anlaşmanın nəticəsi kimi bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində 5000-ə yaxın azərbaycanlının hərbi təhsil alması reallığa çevrilmişdir. 2000-ci il 20 sentyabr tarixində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması isə XXI əsrdə Azərbaycan Türkiyənin hərbi gücünü dünyaya nümayiş etmişdir. 2010-cu il sentyabrın 15- imzalanan "Azərbaycan Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə iki ölkənin hərbi sahədə əməkdaşlığını strateji səviyyəyə yüksəltmişdir. Ümumilikdə, Türkiyə Azərbaycan arasında qarşılıqlı səfərlər tədbirlər çərçivəsində hərbi müdafiə sənayesi sahələrini əhatə edən 20-dən çox görüş olmuş, 30-a yaxın qarşılıqlı səfərlər reallaşdırılmışdır.

2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş" bu sahədəki yeniliklərin növbəti mərhələsidir. Bu sazişin imzalanmasından əvvəl qardaş ölkələrin müdafiə sənayesinin yerli milli məhsulları qarşılıqlı şəkildə istifadə edilmiş ikili əməkdaşlıq gücləndirilmişdir. Qeyd etmək lazımdır ki, təsdiq edilən sazişə əsasən bundan sonra birgə müdafiə sənayesi müəssisələrinin yaradılması onların ixrac potensialının təmin edilməsi üçün daha münbit şərait yaradılır Azərbaycan Türkiyənin ASELSAN, TUSAŞ, BMC, ROKETSAN, STM, FHSS, HAVELSAN kimi dünyanın ilk 100 nəhəng şirkəti arasında yer alan müdafiə sənayesi üzrə təcrübə əldə edə biləcək. Türkiyənin pilotsuz vasitələr sahəsində fəaliyyət göstərən şirkətlərindən STM ilk 100 şirkət arasında yer alır, yeni qurulan yüksək perspektivli "Baykar" şirkətinin populyarlığı isə gün keçdikcə daha da artır.

Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il iyunun 15- imzalanan Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxmışdır. Bu baxımdan, Şuşa Bəyannaməsi müstəsna siyasi tarixi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Prezident İlham Əliyev Qars müqaviləsini xatırlatdı bildirdi ki, uzun illər sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə gələcək işbirliyinin istiqamətini göstərir. Prezident İlham Əliyev Bəyannamədə qarşılıqlı hərbi yardım göstərmək haqqında bəndi vurğulamaqla bu sənədin məhz müdafiə sahəsində ciddi perspektivləri özündə əks etdirən razılaşma olduğunu diqqətə çatdırmışdır. Şuşa Qarabağın tacı, İkinci Qarabağ müharibəsində son nöqtənin qoyulduğu tarixi ərazi bütün türk dünyasının qəlbidir.

Bu gün Azərbaycanla Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf etməkdədir. İki qardaş ölkə xarici siyasət sahəsində vahid mövqedən çıxış edir. Bununla yanaşı, Cənubi Qafqazda inkişaf, sabitlik təhlükəsizlik baxımından Türkiyə-Azərbaycan tandemi olduqca önəmli əbədidir.

Azərbaycan Türkiyənin ərsəyə gətirdiyi texnoloji yeniliklərin, müdafiə sənayesindəki yeni ixtiraların dünyaya təqdimatında "TEKNOFEST" aerokosmik texnologiya festivalının əhəmiyyəti olduqca böyükdür. Bir çox ölkələrin iştirakı onların texnoloji yeniliklərinin sərgilənməsi ilə geniş əhatə dairəsinə sahib olan festivalda qardaş ölkələrin birliyi bütün dünyaya bəyan edilir, iki ölkənin ərsəyə gətirdiyi texnoloji yeniliklər