Müdafiə sənayemizin inkişafı müttəfiqlik əlaqələrinin əsas seqmentlərindəndir
Digər xəbərlər

Müdafiə sənayemizin inkişafı müttəfiqlik əlaqələrinin əsas seqmentlərindəndir

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə bu gün xüsusi diqqət ayıran cənab İlham Əliyev respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsi, xaricdən asılılığının aradan qaldırılması, ordumuzun təminatında yerli istehsalın genişləndirilməsi məqsədilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair sərəncam imzaladı. Nazirliyin tabeliyinə verilmiş istehsalın bərpası üçün əvvəl Müdafiə Sənayesi Nazirliyi tərəfindən geniş proqramlar, tədbirlər planı işlənib hazırlanaraq icrasına başlanıldı. Bununla yanaşı, tabeli müəssisələrdə texnoloji avadanlıq parkının yeniləşdirilməsi bərpa işlərinin aparılması, qanunvericilik bazasının yaradılması, maliyyə sabitliyi əldə etmək məqsədilə inkişaf tədbirlərinin həyata keçirilməsi, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların istehsalı üzrə cari perspektiv proqnozların hazırlanması, sosial sahələrin bərpası inkişaf etdirilməsi kimi vəzifələr reallaşdırıldı.

Qeyd etmək lazımdır ki, həmin dövrdə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl firma şirkətlərindən elmi texniki inkişafı özündə cəmləyən onlarla mürəkkəb əməliyyatı həyata keçirən texnoloji avadanlıq, yüzlərlə müxtəlif növ dəzgah, cihaz   alət alınıb quraşdırılmışdır. Bununla yanaşı, "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC, "Avia-Aqreqat zavodu" MMC, "Sənayecihaz" Elmi İstehsalat Müəssisəsi, "Dalğa" Elmi İstehsalat Müəssisəsi "Alov" zavodu, aviasiya gəmilər üçün avadanlıqlar istehsal edən, iri müəssisələri özündə birləşdirən  "Avtomatik Xətlər" Elmi İstehsalat Müəssisəsində elektrotexnika, maşınqayırma məhsulları qeyri-standart avadanlıqlar da istehsal edir. Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə "Simsoft" Kompüter Texnologiyaları şirkəti arasında 8 sentyabr 2022-ci il tarixində imzalanmış Memorandumdan irəli gələn hərbi mülki sahələrdə silah-sursat, komanda-nəzarət, proqram təminatları tədris məqsədilə simulyasiya sistemlərinin inkişafı çərçivəsində 28 aprel 2023 tarixində işgüzar görüşün keçirilməsi müasir tələblərə cavab verən müdafiə arsenalının inkşafında önəmli rol oynayacaq.

Türkiyə-Azərbaycan əməkdaşlığı bütün sahələrdə olduğu kimi, müdafiə sənayesinin gücləndirilməsi istiqamətində uğurla inkişaf edir. 2017-ci il oktyabrın 31- "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Saziş  imzalanmışdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd prinsiplərinə uyğun olaraq iki dövlət qarşılıqlı fayda hüquq bərabərliyi prinsipləri əsasında daha da inkişaf etdi. Uğurlu dostluq əməkdaşlıq əlaqələrinin dünyada sülh təhlükəsizliklə yanaşı, iki ölkənin müştərək mənfəətlərinə töhfə verməsi, habelə hərbi təchizat silah sahəsində elmi texniki bacarıqlarından istifadə edərək müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi keçmişdə bu gün olduğu kimi, gələcəkdə davam edəcəkdir.

Digər tərəfdən, müasir texnologiya innovasiyaların tətbiqinə cavab verən innovasiya startap şəbəkələrinin, yaşıl enerji sistemlərinin yaradılmasına da xüsusi əhəmiyyət verilir. 2021-ci il iyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının Elm Texnologiya üzrə İkinci Zirvə toplantısında çıxışı zamanı cənab Prezident İlham Əliyevin Azərbaycanın texnologiya innovasiyalar sahəsindəki uğurlu siyasəti barədə qeyd etdiyi kimi: "...Ölkəmizin elmi texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır". Qeyd edək ki,  2021-ci il fevralın 2- təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müasir texnologiyalar innovasiyaların Azərbaycanda tətbiqi çərçivəsində mühüm layihələr  həyata keçirilir.

Ölkə başçımız bütün türk dünyasına "Gücümüz birliyimizdədir" çağırışını edərkən daim bu fikri xüsusi qeyd edir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, aradan qaldırılması üçün birgə səylər göstərilməli, bu istiqamətdə addımlar atılmalıdır. 2021-ci il iyunun 15- "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Müttəfiqlik haqqında imzalanmış bu