Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb
Gündəm

Müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.