Müasir və mükəmməl yol infrastrukturu
Siyasət

Müasir və mükəmməl yol infrastrukturu

Genişmiqyaslı layihələrin uğurlu icrası ölkəmizin iqtisadi potensialını əks etdirir

Müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

Vətəndaşların rahat maneəsiz gediş-gəlişini təmin etmək, sərnişin yükdaşımasını asanlaşdırmaq, həmçinin insanların həyat şəraitini yaxşılaşdırmaq, ümumilikdə yol infrastrukturunu yenidən qurmaqla bağlı dəfələrlə Sərəncam imzalanıb. Azərbaycanın bütün dünya üçün nümunə göstərilən dinamik sosial-iqtisadi inkişaf modelindən söhbət açarkən ölkədə güclü infrastruktur yaradılmasına böyük diqqət göstərildiyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin Azərbaycanı hər cəhətdən müasir ölkəyə çevirmək yolunda müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində istər paytaxt Bakıda, istərsə regionlarda sosial iqtisadi sektorlara aid infrastrukturun, o cümlədən yolların  yenilənməsi istiqamətində böyük görülüb. Bunun sayəsində hazırda Azərbaycan mükəmməl yol infrastrukturu təminatına malik ölkəyə çevrilib.

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi olan  Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin təşəbbüskarı icraçısı kimi çıxış edir.

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların körpülərin inşasına yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın əhalinin rahat, təhlükəsiz maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.

Ərazi bütövlüyünü təmin edən Azərbaycanın hazırda qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması dirçəldilməsidir. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Təbii olaraq, hər şeydən öncə yol infrastrukturunun yaradılması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu mənada, dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun ya hava limanının təməli qoyulur. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü tunellərin tikintisi nəzərdə tutulur.

Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb görülən işlərin icrası daha da sürətləndirilib. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan "Zəfər yolu"nun tikintisi cəmi bir ilə başa çatdırılıb yol artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik "Zəfər yolu" Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən "Zəfər yolu" Füzuli Şuşa şəhərləri daxil olmaqla bu