Müasir çağırışlar: müstəqil, fəal diplomatiya
Siyasət

Müasir çağırışlar: müstəqil, fəal diplomatiya

Ölkəmiz Avrasiyanın enerji xəritəsini yenidən cızır

Dünyada enerji təminatı, alternativ mənbələrə çıxış, bu sahədə uzunmüddətli etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması kimi hədəflər strateji mahiyyət daşıyan yeni reallıqlardır. Ukrayna müharibəsindən sonra Rusiya ilə münasibətləri pisləşən Avropa üçün bu amil həyati əhəmiyyət daşıyır. Üzləşdiyi çətinliklərin həllində Avropanın üz tutduğu ünvan isə Azərbaycandır. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün təbii qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resurslarını reallaşdırması üçün etibarlı bazara ehtiyacı var. Beləliklə, enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa üçün önəmini əhəmiyyətli dərəcədə artırır.

İstənilən ölkədə yeni enerji obyektinin açılması, enerjinin istehsalı, ixracı nəqli sahəsində layihələrin həyata keçirilməsi həmin ölkənin gücünün, enerji, eləcə iqtisadi potensialının göstəricisidir. Bu baxımdan, əminliklə deyə bilərik ki, ölkəmiz Prezident İlham Əliyevin əzmkar əməyi, onun dünya dövlətləri, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu enerji şirkətləri, maliyyə qurumları ilə yaratdığı qarşılıqlı-faydalı, iqtisadi-işgüzar əlaqələr sayəsində son dövrlərin ən uğurlu enerji siyasətini həyata keçirən dövlətlərdən biridir. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti reallaşdırdığı layihələr nəticəsində ölkəmiz qitədə söz sahibinə çevrilmişdir. Bu məsələdə əlbəttə ki, dövlət başçısının şəxsi keyfiyyətləri böyük rol oynayır. Prezident daim ölkəmizin maraqları naminə mühüm addımlar atır, qətiyyəti prinsipiallığı onu uğurdan-uğura aparır. "Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) "Eustream" (Slovakiya) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimində söyləyib. Dövlət başçısı deyib: "Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq".

Qeyd edək ki, Anlaşma Memorandumu Xəzər dənizindən təbii qazın Mərkəzi Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə regiona əlavə qaz təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir bu sahədə Azərbaycanın rolunu xeyli artırır. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı bir beynəlxalq layihənin reallaşması qeyri-mümkündür. Şərqdən-qərbə, şimaldan-cənuba gedən ən qısa yollar Azərbaycandan keçdiyi üçün əksər beynəlxalq layihələr ölkəmizin razılığı əsasında gerçəkləşir. Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi iqtisadi dividendlər qazandırır. İndi Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycandır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi milyardlarla investisiya yatırılan layihələr ölkəmizin nəyə qadir olduğunu sübuta yetirir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan bu layihələrlə Avropanın enerji xəritəsini yenidən tərtib edir. Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb. Bizim "Şahdəniz" kondensatımız var. Ümidvaram ki, bu il "Abşeron"dan bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycanın neft kondensatı, həmçinin Mərkəzi Asiyanın nefti sayəsində tam gücü ilə işləyəcək.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasına uyğun olaraq Azərbaycan ciddi nailiyyətlərə imza atır. Əvvəl Bakı-Tbilisi-Ərzurum qaz xətti çəkildi. Daha sonra bu xətt Ərzurumdan başlayaraq Türkiyənin Yunanıstan sərhədinə qədər uzadıldı. TANAP boru kəməri çəkildi.