Faktlar onu göstərir ki, bədnam qonşumuz indi də Qərbə xəyanət edir
Amerikanın dünyaca məşhur "New York Times" qəzetinin 24 mart tarixli sayında Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının vergi və ticarət sahəsində çalışan rəsmi yüksəkvəzifəli şəxslər tərəfindən səsləndirilən faktlar Ermənistanın Rusiyaya satılan çiplərin və başqa elektron vasitələrin ixrac həcminin kəskin artmasını göstərir. Belə ki, ABŞ və Sənaye Təhlükəsizlik Bürosunun açıqladığı məlumata əsasən, Ermənistana 2021-ci illə müqayisədə 2022-ci ildə Birləşmiş Ştatlardan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox ən müxtəlif çeşidli elektron komponentlər idxal edilmişdir. Rəsmi sənədlərdə göstərildiyi kimi, bütün bu məhsulların 97 faizi çox vaxt keçmədən Rusiyaya ixrac olunmuşdur.
Lakin Ermənistana gətirilən və hansısa sehrli qüvvələrin təsiri ilə birdən-birə artan elektron komponentlərin ixrac coğrafiyası ABŞ və Aİ ölkələri ilə bitmir. Belə ki, ötən il ərzində ixrac həcmi əvvəlki dövrlərlə müqayisədə Vyetnamdan 380%, Yaponiyadan 252%, Qazaxıstandan 201%, Hindistandan 190%, Fillipindən 181%, Cənubi Koreyadan isə 201% artmışdır.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm 8 Noyabr Zəfərindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar onu göstərir ki, regionumuzda hökm sürən hazırkı vəziyyətdə heç bir iqtisadi perspektivi olmayan, dalana dirənmiş, hər il yüz minlərlə sakini xaricə miqrasiya edən, yoxsul Ermənistanda elektron avadanlıqlara tələbatın belə bir anormal şəkildə artması qeyri-mümkündür. Belə təsəvvür yaranır ki, səhər yuxudan oyanan ermənilər birdən-birə yüksək texnologiyalara sahiblənmək, dünyanın İT bazarında iddialarını irəli sürmək qərarına gəliblər. Əlbəttə ki, bu heç fantastika da deyil, mistika janrında çəkiləcək film üçün ən uğursuz ssenari olardı. Bəs nədir bu rəqəmlər arxasında gizlənən həqiqət? Hər şey çox sadədir...
Erməni xisləti özünü tam şəkildə nümayiş etdirir. Bu qondarma dövlət Qərbdən siyasi-iqtisadi dəstək almaqla, faktiki olaraq, ikibaşlı oyun oynayır və Qərbin öz silahı ilə onun özünü vurur. Necə? Məsələnin mahiyyəti sözügedən çiplərin, digər elektron komponentlərin məhz Rusiyaya ixrac olunmasından getmir. Heç kimə sirr deyil ki, Rusiya Federasiyası böyük dövlətdir, nəhəng iqtisadi potensiala, insan resurslarına, yüksəkixtisaslı kadrlara malikdir. Bu ölkə üçün Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq, öz strateji istehsalını lazımi səviyyədə qoruyub saxlamaq heç də həll olunması mümkünsüz görünə biləcək bir məsələ deyil. Burada Ermənistanın rolu o qədər cılızdır ki, hayların bu dələduzluğundan Rusiyanın əldə edəcəyi iqtisadi fayda heç nəyi dəyişmir. Söhbət ondan gedir ki, Ermənistan bu prosesdə özünü sözün əsl mənasında siyasi təlxək kimi aparır - Sorosun maliyyə dəstəyi ilə Paşinyan küçədən hakimiyyətə gətirilir, Avropa İttifaqı 44 günlük müharibədən sonra bu ölkəyə milyardlarla avro vəsait ayırır, Fransa Azərbaycanın dünyanın hərb tarixinə yazılacaq parlaq "Dəmir yumruq" əməliyyatından sonra bədnam qonşumuzun öz çirkin, faşist ideologiyasına əsaslanan, şovinist siyasəti ucbatından aldığı yaraları yalamaqla məşğul olur, Ermənistan isə ilk fürsət əlinə düşən kimi qəpik-quruş qazanmaq naminə dəridən-qabıqdan çıxır, Qərbin Rusiya ilə apardığı qarşıdurmada Qərbin özünə qarşı alət kimi istifadə olunur.
Həmçinin qeyd etmək yerinə düşərdi ki, bu davranış Ermənistanın ilk təcrübəsi deyil. Qondarma dövlət sanksiya "altında" olan İrana uzun illər ərzində də belə "xidmətlər" göstərib. Molla rejiminin "tələbatlarını" ödəməyə hər zaman hazır olan Ermənistan İrana digər xarici ölkələrdən ən müxtəlif məhsulların fəal ixracatçısı olub.
Burada bir sual meydana çıxır - nə üçün Qərb, konkret desək, ABŞ və Avropa İttifaqı Ermənistanın belə "fəaliyyətinə" göz yumub, bu ölkəyə təzyiq etməyib? Bəlkə özləri də ermənilərin