Tarixə nəzər salsaq görərik ki, bütün dövrlərdə fars-molla rejimi Azərbaycana qarşı qısqanclıqla yanaşıb, hətta getdikcə bu qısqanclıq qisasçılıq səviyyəsinə çatıb. Ümumiyyətlə, İranın Azərbaycana olan siyasi mövqeyi birmənalı şəkildə qərəzdən başqa bir şeyi ifadə etmir. Biz bunun bütün dövrlərdə şahidi olmuşuq. İstər Qarabağ müharibəsindən öncə, istərsə də İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra. İran açıq şəkildə Azərbaycanın müstəqilliyini, yüksəlişini və regionun lider dövləti olmasını heç cür həzm edə bilmir. Ölkəmizin dünya miqyasında artan siyasi nüfuzu, güclənən hərbi qüdrəti onları narahat edir. Qonşuluqda Azərbaycanın müstəqil şəkildə siyasət yürüdərək söz sahibi olması, iqtisadi cəhətdən inkişafı fars-molla rejminin xoşuna gəlmir. Sual olunur, İranın dərdi nədir?
Həqiqətən, İranın Ermənistan kimi bir dərdi var. Müsəlman ölkəsi olaraq murdar erməniyə qardaş, çox zaman da bacı deyən Annanın rəfiqələri əllərindən çıxan imkanların davasını aparırlar bizimlə. Axı, Qarabağın işğalı mollaların da işinə əməllicə yarayırdı. Bölgənin münbit torpaqları İran işbazlarının narkotik plantasiyalarına çevrilmişdi. Ərazidə daha keyfiyyətli "mal" istehsal etmək üçün hətta kiçik tipli laboratoriyalar belə fəaliyyət göstərib. Əldə olunan "keyfiyyətli" məhsulları daha uzaq və sərfəli bazarlara çıxarmaq üçün ən qısa, əlverişli tranzit yol isə yenə də Azərbaycan üzərindən, Qarabağ bölgəsindən keçirdi.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi ilə bitməsi İranın bu imkanlarını və şanslarını əlindən aldı. Həmçinin bölgənin heyvandarlığın inkişafı üçün bütün imkanlara sahib olması və böyük otlaq sahələri mollaların heyvan sürülərinin məskəni olub. Qarabağlıların dəmdəsgahlı evləri işğal dövründən sonra sökülərək İran ərazisinə daşınıb. Bu siyahını uzada bilərik. Çoxdur bu kimi faktlar. Bütün bunların hamısı qonşumuzun əlindən çıxdığı üçün bizə aqressiyası da artıb. Və bu aqressiya qisas həddinə çatıb. Ona görə də artıq inkişaf etmiş Azərbaycan İran üçün arzuolunmaz qonşudur.
44 günlük müharibədən sonra da İran Ermənistana yardım əlini uzatmaqdan çəkinmədi. Humanitar yardım adı altında maşınlarla silah-sursat daşıdı. Çünki İran Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşamasını istəyir. Bu baxımdan da erməniləri silahla təmin edirdi. Bundan da bir nəticə hasil edə bilməyəndə mübarizəsini ailə-məişət səviyyəsinə çatdırdı. Mollalar səfirliyimizə silahlı hücum təşkil edərək qətl hadisəsi törətdilər. Səfirlik işçilərimizdən birini öldürüb, digər iki nəfəri isə yaraladılar. Qınaq obyektinə çevriləndə isə istifadə metodlarına, yəni hadisəni törədən əlaltılarına dəli damğası vurdular. Bu onların vəziyyətdən çıxış yolları oldu. Təəssüflər olsun ki, İranın Azərbaycana qarşı qərəzli mövqeyi bu gün də davam edir. Fars-molla rejimi bizi özünə yad, erməniləri isə doğma bilir. Görünür, bu doğmalığın kökündə hər iki dövləti birləşdirən ortaq və oxşar cəhətləri çoxdur. Zamanında İran da Ermənistan kimi Azərbaycan torpaqlarının böyük bir hissəsini zəbt edib, sahiblənib. Sonralar isə həmin ərazilərdə olan Azərbaycan tarixini əks etdirən milli-mədəni abidələrimizi məhv edib.
Axı, niyə müsəlman qonşumuz İran bizə qarşı bu qədər aqressiya göstərir? Nəyin, kimin haqq-hesabını aparır? Məsələ aydındır. İran Azərbaycanın güclü, qüdrətli dövlət kimi inkişafını istəmir. Din pərdəsi altında şeytani əməlləri təbliğ edən bu rejim insanları xofda, qorxuda saxlamaqla öz məqsədlərini həyata keçirir. Molla rejiminin insanlara zülmü, cəza tədbirləri bütün dünyaya məlumdur. Ölkədə insan hüquq və azadlıqları kobudcasına pozulur, vətəndaşlar qorxu, hədə altında saxlanılır. Özünü İslam dövləti adlandırsa da kasad molla təfəkküründən uzaqlaşa bilməyib. İslamın bəşəri dəyərlərini təbliğ etməkdənsə, insanları qamçılamağı üstün tutub. Əslində, İslamın gözəl bir elm olduğunu aşılamaqdansa, din pərdəsi altında inkişafı günah hesab edib. Bəşəriyyətin insan haqlarının müdafiəsinə qalxdığı