Molla rejimi məkrli niyyətindən, terror xislətindən əl çəkmir
Digər xəbərlər

Molla rejimi məkrli niyyətindən, terror xislətindən əl çəkmir

Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Millət vəkili Fazil Mustafa baş verən hadisə ilə bağlı mətbuata açıqlama verərək bildirib ki, onun düşməni yoxdur ilkin versiya kimi ona sui-qəsd edilməsində İranın əli var. Fazil Mustafa mətbuatda, eləcə Milli Məclisdə İrana qarşı tənqidlər səsləndirlən deputatlardan biri olub. Artıq Fazil Mustafaya qarşı qəsdin arxasında İranın dayandığı şübhə doğurmur. Terrorun vaxtı da təsadüfi seçilməyib. Hadisə İsraildə səfirliyimizin açıldığı ərəfədə törədilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı media qurumları sui-qəsdə məruz qalmış Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa barədə açıqlaması terror aktının arxasında SEPAH-a yaxın dairələrin dayanması ehtimalını yaradır. SEPAH-a yaxın media Fazil Mustafanı "anti-İran" "anti-İslam" adılandırıb. Fazil Mustafaya qarşı gerçəkləşdirilən terror aktının İran tərəfindən birbaşa Azərbaycan dövlətini təhdid etmək məqsədi daşıdığını demək mümkündür. Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizə silahlı hücumdan sonra Azərbaycana qarşı ikinci terror əməlidir. Qeyd edək ki, bu il yanvar ayında "Kalaşnikov" silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirdi. Azərbaycan səfirliyinin əməkdaşı terrorçunu zərərsizləşdirib, tutmasaydı, faciənin miqyası daha böyük olacaq, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi. Tehran terrorun məsuliyyətini üzərindən atmaq üçün hadisə baş verən andan müxtəlif feyk xəbərlər açıqlamalar yayaraq, hadisənin mahiyyətini təhrif etməyə çalışırdı. Lakin bütün bunlar yalandır, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdürdü. Hadisənin baş verdiyi andan terrorun ört-basdır edilməsi, terrorçunun qorunması, terrorun mahiyyətinin təhrif edilməsi üçün bir-birinin ardınca yalan məlumatlar açıqlamalar yayan İranın bu xain hücumu obyektiv araşdırmayacağını əminliklə söyləmək olar. Tarixdən İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi geniş rezonans doğuran terror faktları hamıya yaxşı məlumdur. Akademik Ziya Bünyadovun, jurnalist, yazıçı Rafiq Tağının qətlini xatırlamaq olar. Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında cox saylı məlumatlat var idi.

İranın hər zaman terrora dəstək verdiy

i bütün dünyaya məlumdur. Tarixə nəzər yetirsək, indiyə qədər İranda səfirlik, konsulluq, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlarla hücumlarla bağlı xeyli fakt görə bilərik. İranın tarixi xarici diplomatlara diplomatik nümayəndəliklərə terrorçu münasibəti ilə zəngindir. Beynəlxalq hesabatlarda qeyd edilir ki, 1979-cu ildə "İslamçıların" hakimiyyətə gəlişindən sonra, İranın dövlət strukturlarının yönləndirməsi ilə dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali Cənubi Amerika, Afrika Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib. Bu baxımdan İran rejiminin terrora dəstək verməsi qlobal problem kimi təsnif edilib. 1980-ci ildə Livanda 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri oğurlanıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar İrana bağlı "Hizbullah" qruplaşması ("Allahın partiyası" - Livanın şiə kökənli siyasi partiyası) tərəfindən girov götürülüblər. Girovlar 1980-ci illərin ortalarında "İran-Kontra mövzusu" üzrə aparılan məxvi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər. 18 aprel 1983- ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. Bundan 6 ay sonra - 1983- ilin oktyabrında Beyrutun hava limanında törədilmiş pa