Möhtəşəm qələbələrə doğru
Siyasət

Möhtəşəm qələbələrə doğru

2018-ci ildə xalqımızın bir daha yüksək etimadını qazanaraq dördüncü dəfə dövlət başçısı seçilən cənab İlham Əliyevin prezident seçkiləri ərəfəsində xalqla təmaslarında, çıxışlarında söylədiklərindən, aprelin 18- andiçmə mərasimində önə çəkmiş olduğu problemlər ətrafında verdiyi proqnozlardan aydın olurdu ki, Prezident yeni bir Azərbaycan uğrunda əhəmiyyətli mərhələyə qədəm qoymaq niyyətindədir. Prezident seçildikdən dərhal sonra ciddi xarakter daşıyan cəmiyyətin bütün tərəflərini əhatə edən islahatlar həyata keçirməyə başladı.

Yeni, gənc vətənpərvər şəxslər yüksək vəzifəyə gətirildi, hökumət demək olar ki, yenidən formalaşdırıldı. Prezident Administrasiyasında da ciddi struktur dəyişikliyi həyata keçirildi. Davam edən iqtisadi, sosial hüquqi islahatlar daha da dərinləşdirildi. Vətənpərvər insanların ölkəmizdə özünütəsdiq etmək biliyini nümayiş etdirmək üçün açılmış olan geniş imkanlar bu xüsusda milli hissləri, dövlətə sədaqəti ilə fərqlənən gənclərimizə bütün sahələrdə geniş meydan vermək son dərəcə əsas şərt idi bunun bəhrəsi artıq özünü göstərir.

Cənab İlham Əliyev hələ 2003- il oktyabrın 31- andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti kimi demişdir: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır".

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 20 il Azərbaycanın inkişafı baxımından çox məsul şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən böyük nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində "Mən ona özüm qədər inanıram" sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub.

Respublikamızda keçirilən seçkilərdə Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirib, 1993- ildən başlayaraq bu günə qədər keçirilən seçkilərdə ulu öndərin siyasətinə səs verib. 2003- ildə Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyərkən Heydər Əliyevin yoluna səs vermiş oldu. 2008, 2013 2018-ci illərdə isə xalq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarını görərək öz taleyini bir daha ona etibar etdi bu uğurların da əsasında yenə Heydər Əliyevin müəyyən etdiyi strategiyanın dayandığı şübhəsizdir. Dövlət başçısı İlham Əliyev 2013- ildə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində deyirdi: "Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Azərbaycan xalqı bu seçkilərdə son 10 il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir".

2018-ci ildən etibarən cəmiyyətin bütün təbəqələrini əhatə edən, dərin geniş xarakter daşıyan islahatların verdiyi bəhrələr Azərbaycanın ən böyük uğurlarıdır. Məhz bu uğurlar ölkəmizi yaxın zaman kəsiyində daha ciddi mərhələyə çıxaracaqdır. Biz artıq bu yolla gedirik, qarşımızdakı ən böyük maneə işğalda olan torpaqlarımızın azad edilməsi idi ki, bu da həyata keçirildi.

Ötən bu illərdə Prezident İlham Əliyev siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirdi. Bu isə dövlət başçısının potensialının hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür məqsədinə çatır. 2020-ci il sentyabrın 27- ermənilərin növbəti təxribatına cavab olaraq geniş hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusunun Ali Baş Komandanı bir dövlət başçısı kimi bütün məsuliyyət onun çiyinlərində idi. Prezident