Müstəqilliyimizi, dövlətçilik ənənələrimizi əbədiyaşar edən ulu öndər Heydər Əliyev bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinə həsr etmişdir. Qüdrətli dövlətin formalaşması üçün ən əsas şərtlərdən biri olan ordu quruculuğunda Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. Ümummilli Liderimizin Azərbaycanın müasir qüdrətli ordusu üçün gördüyü böyük işlər hərbi kadr potensialının gücləndirilməsində, müasir nizami ordumuzun yaradılmasında özünü göstərir.
Azərbaycana rəhbərliyinin ilk günlərindən Ulu Öndər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyənləşdirdi. Məhz müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusi hərbi təmayüllü orta internat məktəb (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey) yaradıldı. Bunun nəticəsi olaraq, müasir ordumuzun gənc heyəti bu gün Vətənin keşiyində möhkəm dayanır.
Heydər Əliyevin sayəsində ordu quruculuğunda qısa vaxtda böyük işlər görüldü. Silahlı Qüvvələrimiz müasir standartlara uyğun vahid mərkəzdən idarə olunan çevik hərbi gücə çevrildi. Ümummilli Liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi də müstəqillik dövründə yenidən quruldu. Digər tərəfdən, beynəlxalq hərbi məktəblərdə də Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis yetişdirildi. Məhz Ümummilli Liderin qayğısı sayəsində Türkiyə, Rusiya, Çin, Ukrayna, Pakistan, Rumıniya, İtaliya və digər ölkələrin akademiyalarında təhsil alan zabit heyətinin üzvləri bu gün Azərbaycanın Ordusunun aparıcı qüvvələridir.
2003-cü il iyunun 26-da ordumuzun yaradılmasının 85 illiyi ilə əlaqədar müdrik rəhbər Heydər Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinə müraciətlə deyib: "Azərbaycanın güclü ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər".
Ulu Öndərin demək olar ki, bütün arzuları onun layiqli siyasi davamçısı, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yerinə yetirildi. Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulması bu arzuların ən böyüyü idi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Qələbə ilə başa çatan Vətən müharibəsi dünyaya Azərbaycanın qüdrətini göstərmiş oldu. 44 günlük müharibədə yüksək texnologiyalı silah sistemlərinin tətbiqi hərbi əməliyyatların qısa müddətdə uğurlu həllinə imkan verdi. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti müasir hərb elmində bir yenilik olaraq tarixə düşdü. Belə ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir. 44 gün davam edən döyüş əməliyyatlarında Azərbaycan Ordusu müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir. Əməliyyatlarda Azərbaycan hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalardan da istifadə olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-texniki təchizatının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki birlik və müəssisələrdə hazırda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal olunur, Azərbaycan ordusu həmin məhsullarla təmin edilir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "Matador" və "Marauder" zirehli döyüş maşınları, BTR-70 və BRDM-2 transportyorlarını, "Mübariz", "İstiqlal", "Yalquzaq" və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, "Orbiter-2M", "Orbiter-2B", "Orbiter-3B" və mini "Orbiter-4", "Aerostar-BP" taktiki və "Zərbə" tipli kamikadze pilotsuz uçuş aparatlarını g&o