MN: Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır
Gündəm

MN: Mülki şəxslər və heç bir mülki obyekt hədəfə alınmır

Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki infrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə "Respublika"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Dəfələrlə qeyd etdiyimiz kimi mülki şəxslər və heç bir mülki obyekt Silahlı Qüvvələrimiz tərəfindən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir”, - deyə məlumatda bildirilib.

Qeyd olunan müvafiq faktlardan bəziləri nazirlik tərəfindən təqdim edilib.