Azərbaycan XX əsrdə iki demokratik inkişaf mərhələsi keçmişdir. 1918-ci ildə yaradılmış ADR qısa ömür sürsə də, həmin dövrdə ölkəmizdə səhiyyənin inkişafında uğurlu addımlar atıldı. 1919-cu il oktyabrın 10-da Bakıda Azərbaycan Universiteti açıldı və mövcud olan iki fakültədən biri də tibb fakültəsi idi ki, bu da səhiyyənin tərəqqi etməsinin əsasını qoydu. 1930-cu ildə universitetin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı. Bu, ölkədə tibbi kadrların hazırlığı məsələsinə təkan verdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra səhiyyə ilə bağlı bir sıra problemlər öz müsbət həllini tapdı. Səhiyyə sisteminin strukturu tənzimləndi, şəhər və kənd əhalisinə tibbi xidmət, ana və uşaqlara tibbi yardım, müxtəlif şəhər və rayonlarda səhiyyə obyektlərinin tikilməsi, xəstəliklərin profilaktikası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. nəticəsində kifayət qədər effektiv sistem yaradıldı.
Ötən əsrin 60-cı illərinin axırlarında, 70-ci illərin əvvəllərində bütövlükdə SSRİ-də olduğu kimi, Azərbaycan cəmiyyətində, o cümlədən səhiyyə sahəsində də inkişaf zəiflədi. Ulu öndər Heydər Əliyev məhz belə bir dövrdə respublikaya rəhbərlik etməyə başladı. Respublikanın yeni rəhbəri elə ilk günlərdən digər sahələr kimi, səhiyyə sahəsində də idarəetməni korrupsiyadan təmizləmək üçün əzmlə işə başladı. Səhiyyənin maddi bazası yaxşılaşdırıldı. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin yetişdirilməsi işi gücləndi.
Heydər Əliyev səhiyyə sahəsinin inkişafı ilə bağlı tədbirlər kompleksinin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması və yeni tibb müəssisələrinin tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başladı. Profilaktik təbabətin tələbatına uyğun olaraq kurort-sanatoriya şəbəkəsinin genişləndirilməsi, bu sahədə işçilərin ixtisas səviyyəsinə verilən tələblərin artırılması həmin illərdə səhiyyə qarşısında qoyulmuş təxirəsalınmaz vəzifələr idi. "Sağlamlığımızın qeydinə sağlam ikən qalaq" prinsipinin təntənəsi naminə respublikamızda sağlamlıq zonaları və istirahət evləri yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə xüsusi əhəmiyyət verilirdi.
Artıq Azərbaycan səhiyyəsi ümumittifaq səviyyədə tanınır, beynəlxalq əhəmiyyətli tədbirlərin, simpoziumların keçirilməsi üçün Bakı ən əlverişli məkan seçilirdi. Bir sözlə, Azərbaycan səhiyyəsində, sözün həqiqi mənasında tarixi hadisələr baş verirdi.
1982-ci il 23-24 oktyabr. Həmin günlər Azərbaycanın tibb işçiləri üçün əlamətdar günlər idi. Məhz həmin günlərdə sahə həkimlərinin respublika qurultayı keçirilirdi. Azərbaycan dövlətinin başçısı da qurultayda iştirak edirdi. Özünün geniş, məzmunlu çıxışında Heydər Əliyev demişdi: "Sahə həkimlərini insanlarla bağlayan tellər çoxdur. Bu tellər həkimin qəlbinin hərarəti ilə qızdıqda və həkimin peşə ustalığı da buraya əlavə olunduqda onun xidməti vəzifəsini şəxsi rəğbət və diqqətdən ayırmaq qeyri-mümkündür".
Heydər Əliyev məhz bu görüşdən bir qədər sonra Moskvaya rəhbər vəzifəyə irəli çəkildi. SSRİ kimi nəhəng bir ölkənin səhiyyə sistemində islahatlar keçirilməsi təşəbbüsü ilə çıxış edən Heydər Əliyev böyük uğurlara imza atdı. 1993-cü ildə respublikamızda təkrar hakimiyyətə qayıdan ümummilli lider müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, müstəqilliyimizin əbədiliyinin təmin edilməsi istiqamətində çalışdı. Təbii ki, digər sahələr kimi, milli səhiyyəmizin də qayğısına qaldı.
2001-ci il iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq qərara alıram: "Hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunsun".
O vaxtdan hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
20 ildir ki, Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin rəhbərliyilə özünün yeni inkişaf mərhələsini yaşayır. Respublikada yoluxucu