Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yeni sədrini təbrik edib
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yeni sədrini təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıb.

Məktubda deyilir ki, "Bir millət, iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr sahəsində uğurla inkişaf edir. Sahibə Qafarova Numan Kurtulmuşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Parlamentin sədri Sahibə Qafarovanın, həmçinin Numan Kurtulmuşla telefon danışığı olub. Telefon danışığı zamanı Milli Məclisin sədri türkiyəli həmkarını bir daha təbrik edərək, xalqlarımızın mənafeyi rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.