Türkiyə Cümhuriyyətinin 100-cü ilində türkiyəli 64 milyon 113 min 941 seçici dövlətin önəmli iki qolunun - icranın və qanunverici orqanın önümüzdəki 5 ildə kimin idarəsinə veriləcəyini müəyyən etmək üçün səsvermədə iştirak etdi. Demokratiya və insan hüquqlarının pozulması iddiaları ilə Ərdoğan hakimiyyətinə təzyiq göstərməyə çalışan Qərb mərkəzləri də gördülər ki, vətəndaşların ən ali hüquqlarından biri olan seçmək və seçilmək hüququ ən yüksək səviyyədə təmin olundu. Bu, həqiqətən, Türkiyə demokratiyasının və türk millətinin qələbəsi oldu.
Seçkilərin nəticələri sadəcə Türkiyə seçiciləri üçün yox, bölgə və dünya ölkələrinin bir çoxu üçün də maraqla gözlənilirdi. Son nəticələrə görə Prezident Rəcəb Tayyib Ərdoğan 49,51%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, "ATA İttifaqı"nın namizədi Sinan Oğan 5,17%, Məmləkət Partiyasının sədri Muharrem İnce isə 0,44% səs topladı.
Türkiyə əslində tarixdə öz yeri olan Osmanlı imperiyasının varisidir. Bunu həm vətəndaşların davranışında, həm də dövlətin xarici siyasət xəttində açıq müşahidə etmək mümkündür. Bu səbəbdən Türkiyə hərbi gücə həmişə önəm verib və ölkənin müdafiə qabiliyyətinin yenilməz olması üçün sistemli addımlar atıb. Türkiyə ordusu Cümhuriyyət dönəmində NATO üzvü olaraq müdafiə ehtiyaclarının böyük əksəriyyətini üzv ölkələrin istehsal etdiyi silahlardan, sursatlardan qarşılayırdı. Ərdoğan iqtidarının ilk 10 ilində bu proses demək olar ki, ciddi dəyişikliyə uğramadı və olduğu kimi davam etdi. Lakin Yaxın şərq ölkələrində "Ərəb baharı" başladıqdan sonra və xüsusilə Suriyada yaşanan olaylar Türkiyəyə təsirini göstərdi. Türkiyə Rusiyanın da dəstəyi ilə Suriyadan gələn hücumlara sərhəd bölgəsində yetərli müqavimət göstərə bilmədi. Hava müdafiə sisteminin olmaması, yaxud zəif olması nəticəsində xeyli Türkiyə vətəndaşı öldü, yaralandı və zərər gördü. Türkiyə bu olayların kölgəsində NATO-dan dəstək istədi. NATO üzvü olan ABŞ, Almaniya və Hollandiya Türkiyəyə Hava Hücumundan Müdafiə sistemləri olan bir neçə Patriot raketlərini müvəqqəti yerləşdirdi. 2 il keçməmiş 2015-ci ildə isə geri çəkməyə qərar verdi.
2015-ci ilin ikinci yarısından etibarən Türkiyənin PKK-ya qarşı aktiv hərbi əməliyyatlara başlaması, İraqın şimalında olduğu kimi, Suriyanın şimalında da bir özəl kürd bölgəsi yaradılması prosesindən narahat olaraq tək PKK-nı deyil, onun Suriya qolu olan PYD-YPG-ni də hədəfə alması ABŞ-ı və müttəfiqlərini narahat etdi. Çünki ABŞ Türkiyəyə satdığı silahı və dəstəyini, yalnız İŞİD-lə mübarizə aparması, onun bölgədə özünə müttəfiq saydığı və hərbi silahlarla təmin etdiyi PYD-YPG-yə toxunmaması qarşılığında vermişdi. Türkiyənin hava hücumundan müdafiəsiz qalması, üstəlik, terroru ilə mübarizə apardığı PKK və uzantısına NATO müttəfiqi tərəfindən açıq dəstəyin verilməsi Türkiyəni alternativ yollar axtarmağa sövq etdi. Türkiyə ABŞ-dan öz pulu ilə Partiot hava hücumundan müdafiə sistemləri almaq üçün göstərdiyi cəhdlər də nəticəsini vermədi. Beləliklə, Rusiya ilə S400-lərin alımında razılaşdı. Bütün bu olaylar Türkiyəni risqləri şaxələndirməyə və alternativ hərbi sənayeni gücləndirməyə təşviq etdi. Son 10 ildə Türkiyə daha əvvəllər cəmi 20%-i yerli olan hərbi təchizatın və sənayenin hazırda 80%-i qarşılayacaq gücə gəldi. Yerli istehsalı olan ''Atak'' helikopterləri, 5-ci nəsil döyüş təyyarəsi (Hür jet), (Milli Müharip Uçak), İnsansız Silahlı Döyüş Təyyarəsi ''Kızılelma", Silahlı İnsansız uçuş aparatları ''Bayraktar 2'', ''Akıncı'', ''Anka-Aksungur'' layihələri reallaşdı. Dəniz altı robotlar, müxtəlif məsafəli ballistik raketlər və s. kovensional silahlar, zirehli texnikalar, tanklar istehsal edilməyə başlandı. Bu fikirləri açıqlamasında siyasi ekspert Güngör Yavuz Aslan bildirib. O deyib: ''Türkiyə seçicisinin davranışlarına bu tablonun təsiri qaçılmazdır. Yuxarıda da vurğuladığım kimi, Türkiyə vətəndaşlarının müəyyən bir hissəsi ölkənin müdafiə qabiliyyətinin önəminə