Bakı metropoliteni stansiyalarının işıqlanma sisteminin yenisi ilə dəyişdirilməsi və daha müasir, qənaətcil sistemlərin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Daha bir yeniləşmə tədbirləri “Qara Qarayev” stansiyasının platformasında və stansiya yollarında aparılıb. Kifayət qədər böyük əmək qüvvəsi və müntəzəm nəzarət tələb edən işıqlanma sisteminin qulluğu xeyli çətinləşərək dövrün standartlarına cavab vermirdi.
24 iyun Bakı Metropolitenindən verilən məlumatda bildirilir ki, yeni quraşdırılan müasir və qənaətcil LED lampalar stansiyanın platformasını tam əhatə edib. Müvəqqəti işıqlandırma tətbiq edilməklə görülən işlər hərəkətin təhlükəsizliyi və sərnişindaşıma prinsiplərinə maneə törətmədən gecə növbəsində təşkil olunub.
Platformada köhnəlmiş və enerji sərfiyyatı daha çox olan lampalar çıxarılaraq müasir işıqlanma sistemi qurulub.
“Respublika”.