Mərkəzi Bank: Bugünkü hərracda tələb 80,4 milyon dollar təşkil edib
15:10 11.01.2024 108
Yanvarın 11-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan "Respublika"-ya bildirilib ki, hərracda tələb 80,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.