Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağı artır
Siyasət

Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağı artır

Son dövrlər Türk dövlətinin həmrəyliyi fonunda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri dostluq, qardaşlıq müttəfiqlik səviyyəsinə yüksəlib. Müttəfiqliyin əsasını isə təkcə ticari-iqtisadi əlaqələr deyil, həm geosiyasi reallıqlar təşkil edir. Yəni ölkələrimizi iqtisadi tərəfdaşlıqla bərabər, türksoylu millətlər baxımından da birləşdirən bir çox nüanslar var.

Bu gün bəşəriyyət böyük inkişaf mərhələsindədir. Dünya dövlətləri arasında münasibətlər gah müsbətə, gah da mənfiyə doğru inkişaf edir. Bir tərəfdə münaqişələr, müharibələr alovlandığı halda, digər tərəfdə isə sülhə, barışığa yönəlmiş addımlar atılır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğu üçün onunla müttəfiqlik etmək istəyən dövlətlərin sayı gündən-günə artır. İndi ölkəmiz bir çox dövlətlərin maraq dairəsindədir. Həmçinin, Mərkəzi Asiya ölkələrinin. Buna misal olaraq, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Özbəkistanı göstərə bilərik. Son zamanlar dünyada daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkələri yaradılır. Bu kontekstdə Azərbaycan geostrateji mövqeyi mövcud tranzit imkanları ilə Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ölkəmiz reallaşdırdığı mühüm irimiqyaslı infrastruktur layihələr sayəsində olduqca əlverişli regional tranzit mərkəzinə çevrilmişdir. Azərbaycandan keçən Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz, iqtisadi baxımdan isə daha səmərəlidir. Bu isə Avrasiya məkanında sərnişin nəqliyyat daşımalarının gücləndirilməsinə xidmət edir.

Hələ 2009-cu il oktyabr ayının 3- Azərbaycan, Qazaxıstan, Qırğızıstan Türkiyə prezidentləri arasında imzalanmış Naxçıvan Sazişinə əsasən Türk Şurasının təməli qoyulmuşdur. Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstanla münasibətlər yeni geosiyasi reallıqlara uyğun qurulmuşdur. Əlbəttə ki, bu münasibətlərin inkişafının kökündə Türkiyə Azərbaycanın dövlət başçılarının gərgin əməyi dayanır. Məsələn, Azərbaycanın Türkiyə ilə imzaladığı "Şuşa Bəyannaməsi", Özbəkistanla "Strateji tərəfdaşlığın dərinləşməsi hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə", Qırğızıstanla "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" Qazaxıstanla imzalanan "Strateji münasibətlərin möhkəmlənməsi müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə"lər buna gözəl nümunədir.

Bu gün Azərbaycan xüsusilə Qazaxıstan ilə nəqliyyat-logistika sahəsini inkişaf etdirərək nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilmişdir. Ölkəmiz Qazaxıstanın dünyaya çıxışını təmin edən qapıya bənzəyir. Xəzər dənizi isə bu ölkələri birləşdirən nöqtədir. Transxəzər marşrutunun əhatəsi genişlənərək Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə Avropa ölkələrinə kimi çatır.

Ümumiyyətlə, son dövrlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə işbirliyi sürətlə inkişaf edir. Təəssüflər olsun ki, keçmiş SSRİ-nin tərkibində olan beş türk dövləti bir-birinə qədər yaxın idisə, bir o qədər uzaq idi. Lakin Sovet hökuməti dağıldıqdan sonra ölkələrimiz öz müstəqilliyini qazanaraq, sərbəst siyasət yürütməyə başladı. Müstəqillik bu dövlətlərə təkcə azadlıq gətirmədi, eyni zamanda qardaş ölkələrlə sıx iqtisadi siyasi əməkdaşlıq da inkişaf etməyə başladı. Bu baxımdan, Azərbaycan hər zaman Mərkəzi Asiya ölkələri üçün maraqlı olduğu qədər sərfəli əlverişli məkan olub. Ölkəmiz bu dövlətləri Avropa bazarlarına daşıyan təhlükəsiz körpü rolunu oynayır. Bildiyimiz kimi, artıq bir ildən çoxdur ki, Rusiya Ukrayna arasında gedən müharibə səbəbindən bir çox ölkələrin Avropaya çıxışında iqtisadi əməkdaşlıqda böhran vəziyyəti yaşamaqdadır. Bu səbəbdən Orta Dəhlizin cəlbediciliyi Mərkəzi Asiya ölkələri üçün xeyli artıb. Bu marşrut xəttində yeni, daha əlverişli daha təhlükəsiz fürsətlər yaranıb. Sözsüz ki, belə çətin bir durumda Azərbaycan Mərkəzi Asiya ölkələri üçün önəmli rol oynayır.

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınan Orta Dəhlizin önəmi olduqca artıb. Orta Dəhliz 2014- ilin fevralında Azərbaycan, Qazaxıstan, Gürcüstan tərəfindən yaradılıb. Daha sonra isə bu marşruta Ukrayna, Rumıniya