Azərbaycanın memarlıq sənəti min illərlə hesablanan tarixə malikdir. 3000-5000 il öncə inşa olunmuş şəhərlərimizin qalıqları Şəmkirdə, Qəbələdə, Ağsuda və başqa bölgələrdə arxeoloqlarımız tərəfindən aşkarlanmışdır və bu, ölkəmizdə şəhərsalma mədəniyyətinin mövcud olmasının sübutudur. Bunu xüsusən vurğulayaraq diqqətinizi cəlb etmək istəyirəm ki, Azərbaycan digər türkdilli ölkələr içində bu məsələdə nadir bir dövlətdir. Özbəkistanın məşhur Səmərqənd abidələrini: Registanı, Şahi Zindəni, Bibixanımı və başqalarını yaradan memar ustadlar Əmir Teymur tərəfindən Təbrizdən gətirilmiş əsirlərdir.
Ümumiyyətlə, Azərbaycanın memarlıq məktəbləri orta əsrlərdə kifayət qədər məşhur olmuşdur. Uzaq Şərqdən Yaxın Qərbə, Şimaldan Cənuba kimi Təbriz məktəbini təmsil edən memarlıq əsərləri bu gün həmin ərazilərdə yaşayan xalqlar tərəfindən milli irs nümunələri kimi dünyaya tanıdılır. Məsələn, Hindistanın Aqra şəhərində yerləşən möhtəşəm Tac Mahal türbəsi. Bu təkrarolunmaz gözəlliyə malik tikilinin Böyük Moğol Şah Cahan Humayun tərəfindən sevimli xanımı Mümtaz Cahanın xatirəsinə inşa edilməsi bəllidir. Lakin bu əsəri yaratmaq üçün Şah Cahanın Təbrizdən memar dəvət etdiyini hamı bilmir. Artıq sübut olunmuş haldır ki, bu ustadın adı Ağa Mirək Mirzə Qiyas Təbrizidir. Azərbaycanın Ağa Mirək Mirzə Qiyas kimi, Əcəmi İbn Əbubəkri, ustad Mahmud ibn Saadı, Kərbəlayi Səfiyar Qarabağisi, Zivərbəy Əhmədbəyovu və onlarla yüksək memarlıq ustadlarının əsərləri Azərbaycanın tarixi irsini formalaşdırıb, xalqımızın nə dərəcədə qədim mədəniyyətə malik olduğunu dünyaya nümayiş etdirmişdir.
Bu mədəniyyətin ən parlaq şəxsiyyətlərindən olan - Azərbaycanın dahi övladı, dünyaşöhrətli siyasətçi, müdrik rəhbər və insanpərvər şəxs Heydər Əlirza oğlu Əliyevdir. Gənc yaşlarından memarlıq sənətinə vurğun, həyatını bu sənətə, bu fəaliyyətə həsr etmək arzusu ilə yaşamış Heydər Əliyev həyatın dönülməz qaydalarına görə, başqa sahədə özünü parlaq fəaliyyətlə dünyaya tanıtmışdır. Lakin memarlığa olan məhəbbətini son anına qədər qəlbində yaşadaraq, vaxtının bir hissəsini daim bu sahəyə həsr etmişdir.
60-cı illərin sonunda gənc siyasətçi olaraq, o dövrdə sovet ideologiyasının əsas adeptlərindən idi və sovet ideologiyasının əsas tələblərindən olan milli xüsusiyyətlərin silinməsi tələbini həyata keçirməli idi. Bu tələb SSRİ-də yaşayan çoxsaylı millətləri birləşdirmək, simasızlaşdırmaq məqsədlərini daşıyırdı. Heydər Əliyevin ilk addımları, buna zidd olaraq milli dəyərlərimizi öyrənmək, müasir fəaliyyətdə onlara dayanaraq, Azərbaycanın tarixi mədəniyyətini dünyaya tanıtmaq olmuşdur. Memarlar qarşısında qoyduğu ən əsas tələb o idi ki, Azərbaycan memarlığı müasir tələblərə cavab verməli, lakin bununla bərabər, milli xüsusiyyətlərini əks etdirməlidir. Əlbəttə, mərkəzi hakimiyyət tərəfindən belə yanaşma müsbət qəbul edilmirdi, təzyiqlər göstərilidi. Lakin Heydər Əliyevin cəsarəti, mətinliyi, millətinə bağlılığı bu təzyiqlərə layiqincə müqavimət göstərirdi və qarşımızda qoyulan məqsədlərə nail olmağımızda bizə böyük dayaq idi. Ümumiyyətlə, milli irsimizin qorunub saxlanılması dövlət siyasəti olaraq, məhz Heydər Əliyevin dövründə başlandı.
80-ci illərin əvvəlində Gürcüstanın paytaxtı Tbilisidə "Köhnə Tiflis" layihəsinin həyata keçirilməsinə başlanmışdı. Bunu bilən Heydər Əliyev Gürcüstanın rəhbəri Eduard Şevardnadze ilə danışır və bir qrup memarın Tbilisiyə göndərilməsi qərarına gəlir. Heydər Əliyevin buna nə dərəcədə ciddi yanaşmasının sübutu, bu qrupa rəhbərlik məqsədilə Azərbaycan KP MK-nın iki katibini - Kamran Bağırovu və Fuad Musayevi təhkim etməsi göstərir.
Qrupda ən cavanı mən idim. 32 yaşım var idi. Gürcüstanda bizi ən yüksək səviyyədə qəbul etdilər. Eduard Şevardnadze bizi şəxsən qəbul etdi və 2 saata yaxın bizimlə söhbət etdi. Başqa cür ola da bilməzdi. Axı bizi oraya onun dostu, çox hörmət etdiyi, hətta bir qədər çəkindiyi şəxsiyyət - Heydər Əliyev göndərmişdi.
Ulu öndər Heydər Əliyevin memarlar qarşısında qoyduğu ən əsas tələb o idi ki, Azərbaycan memarlığı müasir tələblərə cavab verməli, lakin bununla bərabər