Vətən müharibəsində qazandığımız şanlı qələbə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. İşğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri görülür. Qarabağda, Şərqi Zəngəzurda tikinti, bərpa, yenidənqurma işləri getdikcə geniş vüsət alır. Mövcud reallığı qəbul etmək istəməyən, Azərbaycanın artan nüfuzunu həzm edə bilməyən düşmən və onun havadarları sanki məqam gözləyir. Xarici qardaş və bacıları tərəfindən silahlanaraq azğınlıq edir, təxribatlara əl atırlar.
Bu günlərdə düşmən Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutaraq növbəti təxribat törədib. Ordumuzun bölmələri düşmənin xeyli canlı qüvvəsini məhv edərək susdurub. Təxribatın qarşısını alarkən 3 igid hərbçimiz şəhid olub.
Ermənistanın siyasi rəhbərliyi çirkin əməllərindən əl çəkmir. Təxribatın əvvəlcədən planlaşdırıldığı və hazırlandığı heç kəsdə şübhə doğurmur. Özü də ermənilər bu təxribatı məqsədyönlü şəkildə törədiblər. Nə vaxt ki, regionda münasibətlərin normallaşması istiqamətində addımlar atılır, sülh müqaviləsi üzrə danışıqlar aparılır, həmin dönəmdə məkrli düşmən namərdcəsinə ya siyasi, ya da hərbi yolla təxribatlar törədir. Çünki bu millətin qanı təmiz deyil, nankorluq bu millətin kökündədir, genindədir. Ermənilər hər dəfə sülh müqaviləsinin bağlanmasının vaxtını uzatmaqla mənfur və riyakar əməllərinə sadiq qaldıqlarını sübut edirlər.
Onların sülh danışıqlarını pozmaq cəhdlərini əvvəllər də görmüşük. Daşnaksütyunun şovinist, millətçi quldur dəstəsi ikitərəfli danışıqlar üçün əldə olunmuş razılığa mane olmaq məqsədilə hələ 1999-cu il oktyabr ayının 27-də Ermənistan parlamentinə silahlı hücum etdi. Basqınçılar parlamentin sədri Karen Dəmirçyanı, baş nazir Vazgen Sarkisyanı və daha 6 nəfəri güllələyib qətlə yetirmişdilər. Silahlı dəstənin başçısı keçmiş jurnalist, Daşnaksütyun təşkilatının sabiq üzvü, 34 yaşlı Nairi Hunanyan idi. Qətliamın arxasında Robert Köçəryanın da durduğu iddia olunurdu. Çünki Robert Köçəryan Karen Dəmirçyanı və Vazgen Sarkisyanı aradan götürtməklə dövlət aparatında və orduda öz mövqelərini möhkəmlətmək istəyirdi.
Daha bir faktı xatırlayaq. 2006-cı il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə o zamankı Ermənistan prezidenti Robert Köçəryan arasında Paris yaxınlığındakı Rambuye şəhərində görüş baş tutmuşdu. Əvvəl hər iki dövlət başçısının ayrı-ayrılıqda Fransa prezidenti Jak Şirakla 45 dəqiqəlik görüşü olmuşdu. Sonra prezidentlər fevralın 10-da 2 saata yaxın, fevralın 11-də isə 20 dəqiqəlik təkbətək görüş keçirmişdilər. İkinci görüşdə Robert Köçəryan ayaqyoluna getmək bəhanəsi ilə danışıqları yarımçıq qoyub qaçmış, bu barədə heç kəsə xəbər vermədən Parisdən Yerevana uçmuşdu. Məqsəd yenə Qarabağ münaqişəsinin həllini yubatmaqdan ibarət idi.
Faktlar göstərir ki, ermənilər nankor xislətlərindən heç vaxt əl çəkmir, pozuculuq fəaliyyətlərini özlərinə məxsus peşəkarlıqla davam etdirirlər. Onlara "dur" deyən də tapılmır.
Ermənistan danışıqlarda həmişə qeyri-müəyyən və destruktiv mövqe nümayiş etdirir. Yalan, saxta məlumatlarla beynəlxalq təşkilatları və ictimaiyyəti aldadır, açıq-aydın şəkildə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etmir. Törətdiyi növbəti təxribat da bunu göstərir.
Erməni komandirinin və müavininin təxribatda bilavasitə iştirakı sübut edir ki, hadisə dövlətin göstərişi ilə baş verib. Ermənistan bu cür təhrikçi addımları ilə havadarlarının çaldığı havaya oynadığını sübut edir. Belə hərəkətlərin nəticəsi isə onlar üçün ağır olacaq.
Azərbaycan Qarabağda yeni həyata başlamaq niyyətində olduğunu dəfələrlə yüksək tribunalardan bildirib. Qarabağ iqtisadi rayonundan olan erməni sakinlərlə Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflə çıxış edib. Bu məqsədlə, Azərbaycan tərəfindən xüsusi nümayəndə də təyin olunub. Qarabağ iqtisadi regionundan erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrin müzakirəsi üçün dəvət edilir.
Azərbaycan tezliklə Qarabağın, Şərqi Zəngəzurun bütün ərazisində və Ermənistanla sərhəd zonalarında de-fakto