Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım burada kəndin Baş planı, inzibati binada, uşaq bağçasında, tam orta məktəbdə yaradılan şərait, Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar. Yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edib, Xatirə daşına baxış keçiriblər. Novruz tonqalını alovlandıran ölkə başçısı xalqımızı bayram münasibətilə təbrik edib.
"Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir". Bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.
Artıq növbəti baharı Qarabağda - Şuşada, Laçında qarşılayaraq arzularımız gerçəkliyə çevrilib. İndi bütövləşmiş vətənimizdə, 30 illik həsrətdən sonra doğma Qarabağımızda Novruz bayramı qeyd edilir, Novruz süfrəsi açılır, tonqallar qalanır. Bu qüruru xalqımıza yaşadan Ali Baş Komandan İlham Əliyev və igid əsgərlərimizə hər birimiz borcluyuq. Tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Novruz bayramını azad edilmiş ərazilərimizdə qeyd etməsi ənənəyə çevrilib. Təbiətin oyanışının coşqusunu yaşadığımız bayram günlərində səfərləri xüsusi rəmzi məna daşıyır. 2021-ci ildə Prezident və ailə üzvləri əziz Novruz bayramı günlərində Şuşada, Cıdır düzündə bayram tonqalını alovlandırmış və xalqımıza xoş arzularını çatdırmışdı. Bu hadisə hamımızın hədsiz sevincinə səbəb olmuşdu. Ötən il isə Novruz tonqalını Suqovuşanda alovlandıran dövlət başçısı xalqımıza yenidən müraciət edərək bir daha ən ülvi arzularını çatdırmışdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyəti və yenilməz sərkərdə əzmi ilə ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək düşməni ildırım sürətilə necə məğlub etdisə, o cür ruhla da işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. Bu prosesi böyük ruh yüksəkliyi, gözəl əhvali-ruhiyyə ilə izləyirik. İşğaldan qurtulan dəyərlərimiz bu torpaqların qədim Azərbaycan yurdu olduğunu yenidən dünyaya çatdırır: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik" - vaxtilə ulu öndərimiz Heydər Əliyev Novruz bayramı ilə əlaqədar arzularını xalqımıza bu sözlərlə ifadə etmişdi. Ümummilli liderimiz demişdir ki, öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Ulularımızdan bizə yadigar qalan, ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Beynəlxalq müstəvidə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır. Azərbaycan abidələri, milli əxlaqi dəyərləri, mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha nümayiş etdirir. Bu ali dəyərlər mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisidir. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu torpaqları yalnız talan etməyib, vandallar tarixi ərazilərimizi erməniləşdirməyə cəhd edərək xalqımızın milli-mənəvi dəyərlərinə qarşı əsl soyqırımı həyata keçirib, tarixi-dini abidələrimizə qarşı vandallıq törədiblər. "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb" - deyən İlham Əliyev bunun bütün müsəlman aləminə, İslam dininə qarşı cinayət olduğunu bildirib. İşğaldan azad edilmiş ərazilərdə abidələrin ümumi sayı