Magistral su kəməri istismara verilib
Sosial həyat

Magistral su kəməri istismara verilib

Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikilən ikinci magistral su kəmərinin inşası yekunlaşıb. Şirvan-Muğan qrup su kəmərindən qidalanan ikinci kəmər Neftçala şəhəri ilə yanaşı rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə ikinci magistral su kəməri çəkilib. 450-560 mm diametrli borularla 38 km uzunluğunda inşa edilmiş ikinci magistral kəmər Salyan şəhərində yeni tikilmiş 7500 kubmetr tutumu  olan  su anbarından qidalanır. Yeni kəmərin birinci Salyan-Neftçala magistral su kəmərilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın artdığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.

“Respublika”.