Lerikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə konfrans keçirilib. “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda rayon İcra hakimiyyətinin inzibati idarə binasında keçirilən konfransda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran Dövlət Universitetinin müəllimləri - filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, ziyalılar, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov məruzəsində deyib:- XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir.
Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran–Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun əməkdaşı Hüseynbala Əliyev, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva, universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva bildiriblər ki, ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü, həmçinin gələcək nəsillərə nümunədir.
Zəfər ORUCOĞLU.