Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında aqrar sahənin gələcək inkişaf hədəfləri dəqiq müəyyən edilib. Dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya nəticəsində ərzaq məhsullarının xarici ölkələrdən idxalı ilbəil azaldılır, yerli istehsal isə artırılır. Təqdirəlayiq haldır ki, dövlətimiz öz iqtisadi qüdrətini artırır, xalqımızın həyat şəraiti durmadan yaxşılaşır. Kənd təsərrüfatı məhsullarının istehsalı dinamik inkişaf edir, bazarlarda bolluqdur və yerli məhsullara tələbat durmadan artır. Sabitliyi, əmin-amanlığı, xoş güzəranı, firavanlığı, bolluğu hər bir adam öz həyatında daha yaxından hiss edir.
Tarixi qələbə ilə başa çatan amansız müharibənin vurduğu yaralara ləyaqətlə və mətinliklə sinə gərən Ağdam camaatı onlara göstərilən dövlət qayğısından dərin razılıq edir, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini ürəkdən bəyəndiklərini qətiyyətlə bildirirlər. Qeyd edək ki, Ağdam respublikamızın ən iri aqrar rayonlarından biridir, erməni işğalının yaratdığı çətinliklərə baxmayaraq ağdamlı fermerlər və xüsusi mülkiyyətçilər rayonun vaxtilə işğal altında olmayan və 90 min nəfərdən çox əhalinin müvəqqəti məskunlaşdığı 44 yaşayış məntəqəsində məhsul istehsalı ilə məşğul olublar. Dövlət proqramları çərçivəsində rayonda geniş tikinti-bərpa, abadlıq-quruculuq işləri görülür, əzəldən torpağa bağlı olan ağdamlılar kənd təsərrüfatı məhsullarının istehsalını artırırlar.
Ölkəmizdə taxılçılığın inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına tam təmin edilməsi baxımından böyük önəm daşıyır. Qeyd etmək yerinə düşər ki, son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Ağdam rayonunda uğurla icra olunur. Məhz buna görə də rayonda yüksək məhsuldarlığı ilə seçilən toxumçuluq təsərrüfatları yaradılıb. Burada Dəyanətli, Aran, Qırmızıgül və yeni sortlar arasında işğaldan azad edilən ərazilərimizin adını daşıyan Ağdərə, Xarıbülbül, Xudafərin toxum sortları da yetişdirilir. Gələcəkdə işğaldan azad edilmiş əkin sahələrində taxılçılığın inkişaf etdirilməsi üçün kifayət qədər baza yaradılıb. Mütəxəssislərin fikrincə, Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək olar. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Ağdam rayonunda taxıl istehsalının 86,6 min tona çatdırılması gözlənilir.
Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumatda bildirilir ki, 2021-2022-ci təsərrüfat ilində rayon üzrə 9926,5 hektar payızlıq arpa-buğda səpini aparılıb, 8 min hektara yaxın taxıl sahələrindən 32 min tondan çox buğda istehsal edilib, hər hektarın məhsuldarlığı 41,1 sentner olub, arpanın hər hektardan məhsuldarlığı 37,5 sentner təşkil edib. Ötən ilin payızında rayon üzrə, işğaldan azad edilmiş və minalardan təmizlənmiş əkin sahələri ilə birlikdə 20 min hektardan artıq ərazilərdə arpa-buğda səpini aparılıb, havaların əlverişli keçməsi və düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahələrində yaxşı bitiş alınıb və becərmə işləri davam etdirilir.
Son bir il ərzində taxıl əkini sahələri iki dəfə artırılıb. Fermer Xəqani Əliyev ötən il 135 hektar taxıl sahəsindən 630 tondan çox məhsul əldə edib və hər hektarın məhsuldarlığı 46,7 sentner olub. Rayon üzrə taxılçılıqda ən yaxşı göstəriciyə fermer Tiflis Abışov nail olub. Belə ki, fermer taxıl sahəsinin hər hektarından 48,6 sentner məhsul istehsal edib. Fermer söhbət zamanı deyir ki, uzun illərdir ki, taxılçılıqla məşğul oluram. İnamla bildirirəm ki, dövlət dəstəyinin gücləndirilməsi sayəsində rayonumuzda taxılçılıq ildən-ilə inkişaf edir.
Fermer Rima Haqverdiyeva Qaradağlı kəndində yaşayır, uzun illərdir ki, taxılçılıqla məşğul olur, təcrübəli təsərrüfatçı bol məhsul istehsal edir. Ötən il 20 hektarda buğda yetişdirən fermer hər hektardan 40