Laçında xəyallar gerçək olur
Sosial həyat

Laçında xəyallar gerçək olur

Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistandan Qarabağa nüfuz edən erməni separatçılığının, terrorçuluq ideologiyasının birbaşa qarşısını almışdır. Haylar uzun illər Laçından keçərək Qarabağa yerləşmək planını reallaşdırmağa cəhd göstərdilər təəssüf ki, 1992-ci ildə buna nail oldular. Nəticədə Laçının işğal altına düşməsi ilə Ermənistanla Qarabağ arasında coğrafi əlaqə yarandı.

Şükürlər olsun ki, o günlər artıq arxada qalıb. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin məntiqi davamı siyasi yolla, bir güllə belə atılmadan azad etdiyimiz Laçında bu gün həyat var. Bu yerlərdə artıq laçınlılar məskunlaşır.

May ayının 27 28- Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, möhkəm təməllər üzərində dayanan xalq-iqtidar birliyinin təcəssümüdürXüsusən 20 ailənin müstəqillik günündə Laçında məskunlaşması insanda sözlə ifadə edilə bilməyən hisslər yaradır. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin qədər möhkəm olmasını bir daha göstərir. Qeyd etmək lazımdır ki, quruculuq işləri olduqca operativ şəkildə həyata keçirilir biz qısa müddət ərzində böyük işlərin görüldüyünün şahidiyik. Yarım ildən bir az çox vaxt ərzində belə yüksək nəticənin əldə edilməsi təqdirəlayiq haldır. Bununla yanaşı, ilk 20 ailənin Laçında yerləşdirilməsindən sonra iyun ayının sonuna qədər digər laçınlılar da öz doğma yerlərində  məskunlaşa biləcək.

Dövlətimizin başçısının bir sıra infrastruktur obyektlərinin təməlqoyma açılış mərasimlərinə qatılması ilə yanaşı, Laçın şəhərinə qayıdan əhali ilə görüşməsi, xeyir-dualarını çatdıraraq evlərin açarlarını onlara təqdim etməsi laçınlıların timsalında bütün Azərbaycanın sevincinə səbəb oldu. Digər tərəfdən, artıq sentyabr ayına qədər Zabux kəndinin inşasının başa çatacağı bildirildi. Dövlətimizin başçısı laçınlılarla görüşdə çıxış edərək bir sıra mesajları da diqqətə çatdırıb.

Məskunlaşma ilə yanaşı, əhalinin təhlükəsiz firavan yaşayışı da təmin edilmişdir. Bu istiqamətdə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması Laçında yaşayan əhalinin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Dövlətimizin başçısı vurğuladı ki, sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə əks istiqamətə nəzarətsiz hərəkət var idi. Hərəkət indi var, amma tam nəzarət altındadır. Bununla yanaşı, Prezident İlham Əliyev öz çıxışında mənfur düşmənin 30 il ərzində bizim şəhər kəndlərimizi dağıtmasını, buralardan qanunsuz olaraq istifadə etməsini vurğulayaraq, Azərbaycanın cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarmasına diqqət çəkdi.

"Mən yaxşı xatırlayıram, yəqin ki, siz xatırlayırsınız, 2011-ci il dekabrın 24- ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm". Bəli, dövlət başçısının xatırlatdığı o tarixdən artıq on il keçir. Ötən bu müddət ərzində onunla görüşən məcburi köçkünlərin statusu artıq dəyişib. İndi onlar öz yurd yerlərində firavan yaşayır. Artıq İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə məcburi köçkün deyillər. Ölkə başçımızın qətiyyəti, siyasi iradəsi, vətənpərvərliyi sayəsində imkansız kimi görünən bütün bu məsələlər reallığa çevrildi. Vədinə sadiq qalan İlham Əliyev bir daha ona inanan, güvənən Azərbaycan xalqının dərdlərinə məlhəm oldu əmin etdi ki, bundan sonra da eyni əzmkarlıq qətiyyətlə ölkə maraqlarının keşiyində duracaq heç vaxt indiki qədər güclü olmayan qüdrətli Azərbaycan daha böyük uğurlara, zəfərlərə imza atacaq.

Azərbaycan Prezidenti hər zaman xalqın birliyinə arxalanaraq bundan güc almışdır. Ölkə başçımızın "Biz birlikdə güclüyük" şüarı həmrəyliyimizi daha da möhkəmləndirdi. Ali Baş Komandanın bütün müstəvilərdə xalqının mənafeyini ləyaqətlə təmsil etməsinin növbəti nəticəsi bu gün Laçında özünü göstərir. Xüsusilə ad günlərində, hansısa sosial obyektlərin açılışında,