Laçın rayonunda çoban piyada əleyhinə minaya düşüb
Digər xəbərlər

Laçın rayonunda çoban piyada əleyhinə minaya düşüb

Aprelin 12- Laçın rayonunun Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC- bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.