Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.
"Respublika" xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, avtobusda olan Agentliyin 3 əməkdaşı yüngül xəsarətlər alıb. Onlar yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.
Hazırda xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.